Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Mayın 28-də ölkənizin milli bayramının qeyd edilməsi mənə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl imkan verir.

Mən Sizə və Azərbaycan xalqına cansağlığı, sülh, rifah və davamlı tərəqqi arzulayıram.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı üçün hər zaman Sizinlə işləməyə hazıram.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

 

Rok Mark Kristian Kabore

Burkina-Fasonun Prezidenti

 

Azərbaycan.- 2018.- 3 iyun.- S.1.