Uşaqlar dövlətin ən qiymətli sərvətidir

 

Müasir İnnovasiyalar Liseyi Beynəlxalq Uşaq Festivalı təşkil etdi

 

68 ildir ki, hər ilin 1 iyun təqvimi dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. 1 iyun 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyasında təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də bu tarixi günü uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da qeyd edilir. Bütün təhsil müəssisələrində, dövlət qurumlarında, müxtəlif təşkilatlarda  bu gün münasibətilə xüsusi mərasimlər, yarışmalar təşkil olunurbu tədbirlərdə yaşanan xoş anlar uşaqların yaddaşında uzun müddət silinməz iz buraxır. Belə maraqlı və yaddaqalan anlar paytaxtın Səməd Vurğun parkında təşkil olunmuş Beynəlxalq Uşaq Festivalında da yaşanıb.

Nəsimi Rayon İcra Hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi, Odlar Yurdu Universiteti, “Çinar” Yayımları və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Dövlət himninin səslənməsi ilə başlandı. Şagirdləri təbrik edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin son 25 ildə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Həmçinin Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlar üçün yaratdığı mükəmməl şəraitdən, onların firavan yaşamaları üçün görülən işlərdən,  uşaq hüquqlarından bəhs etdi.

Odlar Yurdu Universitetinin rektoru, “Şöhrət” ordenli professor Əhməd Vəliyev çıxış edərək dedi ki, insan hüquq və azadlıqlarının təminatı sahəsində inqilabi yeniliklərlə yadda qalmış XX əsrdə uşaqlara qayğının artırılmasına, onların üzləşdikləri problemlərin həllinə xidmət edən bir sıra mühüm konvensiya və sazişlər imzalanıb. Azərbaycan da müstəqillik qazandıqdan sonra bu konvensiyalara qoşularaq üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirib.

Professor bir daha vurğuladı ki, ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqət göstərib, uşaq və yeniyetmələrin sağlam, bilikli böyümələri istiqamətində bir sıra tədbirlər həyata keçirib, müvafiq fərman, sərəncamlar imzalayıb: “Dahi lider Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək deyirdi ki, mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bugün haqqında yox, ölkənin böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də gənclərdən və uşaqlardan asılıdır”.

Əhməd Vəliyev əlavə etdi ki, ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra uşaqların sağlamlığı, təhsili, onların xoşbəxt gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib. Müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək uşaqların, gənc nəslin formalaşması üçün mühüm fərman və sərəncamlar imzalanıb.

Rektorun fikrincə, əsası ümummilli lider tərəfindən qoyulanPrezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri bu sahəyə qayğının daha da artmasına səbəb olub. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu dahi şəxsiyyətin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilinUşaq ilielan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük işlər görür. Cənab İlham Əliyev uşaqların sağlamfiravan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.  Həmçinin o qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi uşaq və gənclər siyasətinin əsasında bir ali məqsəd dayanır: ölkənin gələcəyi olan uşaq və gəncləri istər fiziki, istər mənəvi-intellektual baxımdan sağlam görmək, milli genofondun saflığını təmin etmək! Bu xoşməramlı məqsəd ölkə vətəndaşları tərəfindən də alqışlanır, böyük rəğbətlə qarşılanır.

Azərbaycanda  dövlət tərəfindən hər bir uşağın öz istedad və bacarığını nümayiş etdirməsi üçün istənilən şəraitin yaradıldığını deyən Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Əliyeva isə qeyd etdi ki, bu sahədəki dövlət siyasətini nümunə göstərmək olar. Uşaqlara dövlət qayğısını yüksək qiymətləndirən direktor eyni zamanda həm festival, həm də Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar may ayının 27-də respublika üzrə keçirilmişBilik yarışı-4”dən bəhs etdi.

Sevinc Əliyevanın sözlərinə görə, həmin yarışda 40-dan çox rayonu təmsil edən IV sinif şagirdlərindən seçilmiş 500 nəfər əlaçı  iştirak edib. Müsabiqədə qalib olanlar,  yəni ilk 3-lüyə və 10-luğa düşən şagirdlər təşkilatçılar tərəfindən mükafata layiq görülüblər. Festivalda Müasir İnnovasiyalar Liseyinin 1 aylıq ödənişsiz Yay məktəbi paketi I yerin qalibinə təqdim edildi.

Tədbir Müasir İnnovasiyalar Liseyinin şagirdlərinin hazırladıqları maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-3 iyun.- S.6.