Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ölkənizdə keçirilən prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, xalqınız Sizin yüksək idarəçilik bacarığınız və müdrik rəhbərliyinizlə daha böyük nailiyyətlər və uğurlar qazanmaq istiqamətində səylərini əsirgəməyəcək.

Əminəm ki, dost ölkələrimiz gələcəkdə xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün mümkün sahələri üzrə daha çox çalışacaq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, inkişafrifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Md. Əbdül Həmid

Banqladeş Xalq Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 5 iyun.- S.3.