Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin. Sizə və ölkənizin bütün vətəndaşlarına xoşbəxtlik, sülh və həmrəylik, bundan sonra da hərtərəfli inkişaf arzu edirik.

Azərbaycanın bugünkü firavanlığı bir əsr bundan əvvəl “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri ilə həmin dövr üçün mütərəqqi siyasi, sosial-iqtisadi hüquqlar və azadlıqlar, Azərbaycan dövlətçiliyinin inkişafına sanballı təkan verən hadisələrlə başlanıb. Sevindirici haldır ki, keçmişin idealları və zəfərləri ahəngdar şəkildə genişlənərək bugünkü nailiyyətlərə və respublikanın inamlı gələcəyi üçün möhkəm təmələ çevrilib.

Qardaş Azərbaycan xalqının bu əlamətdar yubiley sevincinə şərik olduğumuzu bildirirümid edirik ki, səmərəli Tatarıstan-Azərbaycan əməkdaşlığı da azərbaycanlıların və tatarıstanlıların firavanlığına şərait yaradacaq, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək.

Səmimi hörmət və ən xoş bayram arzuları ilə

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 5 iyun.- S.3.