Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Milli bayramınız - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi, dost və qardaş Azərbaycan xalqını “Tekfen Holding”in adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Zati-alinizin rəhbərliyi altında dünyada möhkəm mövqelərə sahib olan, böyük uğurlar əldə edən Azərbaycan Respublikasına yüksək rifah diləyir və bunun sevincini hər zaman paylaşır, “Tekfen” Filarmoniya Orkestri tərəfindən bu möhtəşəm yubileyə həsr olunmuş “100 il” adlı konsertin təşkil ediləcəyindən böyük qürur hissi keçirirəm.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıram.
Dərin hörmətlə,
Murat
GİGİN,
“Tekfen Holding”
şirkətinin İdarə Heyətinin sədri
Azərbaycan.-
2018.- 5 iyun.- S.3.