Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının müstəqilliyinin
elan edilməsinin 100 illiyi, milli bayramınız - Respublika
Günü münasibətilə Sizə, Birinci vitse-prezidentə
və Azərbaycan xalqına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvləri adından salamlarımızı və təbriklərimizi
çatdırmaqdan məmnunluq duyuruq.
Biz Azərbaycan xalqını son 26 ildə
əldə edilən möhtəşəm tərəqqi,
Bakının böyük metropolisə çevrilməsi, eləcə
də ölkənin bütün çətinliklərə və
maneələrə baxmayaraq, sürətlə inkişaf etməsi
münasibətilə təbrik edirik.
Ölkənizə bundan sonra da tərəqqi,
sülh və inkişaf yolunda uğurla irəliləməyi
arzulayırıq.
Zati-aliləri, həmçinin Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı
və beynəlxalq səviyyədə tanınması istiqamətində
göstərdiyiniz dəstəyə görə Sizə dərin
minnətdarlığımızı bildiririk.
Xahiş edirik, Sizə olan yüksək
ehtiramımızı və davamlı konstruktiv əməkdaşlıq
üçün ən xoş arzularımızı qəbul
edin.
Hörmətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə
Latviya Respublikasının
Prezidenti,
İsmail Seragəldin
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə
Dünya Bankının
vitse-prezidenti,
Boris Tadiç
2004-2012-ci illərdə
Serbiyanın Prezidenti,
Tarya Halonen
2000-2012-ci illərdə
Finlandiyanın Prezidenti,
İvo Yosipoviç
2010-2015-ci illərdə
Xorvatiyanın Prezidenti,
Petar Stoyanov
1997-2002-ci illərdə
Bolqarıstanın Prezidenti,
Əmr Musa
2001-2011-ci illərdə
Ərəb Dövlətləri
Liqasının baş
katibi,
Emil Konstantinesku
1996-2000-ci illərdə
Rumıniyanın Prezidenti,
Rosen Plevneliyev
2012-2017-ci illərdə
Bolqarıstanın Prezidenti,
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə
Gürcüstanın Baş
nazirinin müavini,
Zlatko Laqumdziya
2001-2002-ci illərdə
Bosniya və Herseqovinanın Baş naziri,
Katerina Yuşşenko
2005-2010-cu illərdə
Ukraynanın birinci xanımı,
Marianna Vardinoyannis
UNESCO-nun xoşməramlı
səfiri
Azərbaycan.- 2018.- 5 iyun.-
S.3.