“Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobaltarixi layihədir

 

Bu layihə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq

 

“Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi qədim neft diyarı Azərbaycanın həm də qazla zəngin ölkə olduğunu bir daha sübut etdi.

Beləliklə, 1846-cı ildə dünya miqyasında ilk dəfə sənaye üsulu ilə torpağın dərin qatlarından “qara qızıl” çıxaran Azərbaycan özünün neft-qaz sənayesinin geniş salnaməsini davam etdirərək möhtəşəm bir layihəyə imza atdı. Xəzərdən başlayıb Adriatik dənizinin altından keçərək İtaliya torpağına çıxan 3500 kilometrlik “Cənub qaz dəhlizi”ni açdı. Bununla həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi.

“Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. “Şahdəniz” hazırda dünyada işlənməkdə olan ən nəhəng yataqlardan biridir, təxminən 860 kvadratkilometr ərazini əhatə edir. Ehtiyatları 1,2 trilyon kubmetrdən çoxdur.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 12 ilə yaxındır Azərbaycana, Gürcüstana və Türkiyəyə qaz nəql edilir. Qazı 442 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın ərazisi ilə uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) daşıyır. Kəmərə Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik hissə də qoşulub qazı Ərzurum şəhərinədək ixrac edir. Başlanğıcını Səngəçaldan götürən bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-ni “Cənub qaz dəhlizi”nin möhkəm təməli, başlanğıcı, ilk hissəsi adlandırırlar.

“Cənub qaz dəhlizi”nin açılışındakı nitqində Prezident İlham Əliyev BTƏ-nin çox önəmli layihə olduğunu vurğulamışdır: “Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır... Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP - Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, “Cənub qaz dəhlizi”nin reallaşmasına güclü təkan verildi”.

“Cənub qaz dəhlizi” ilə “Şahdəniz-2” qazı nəql ediləcək. “Şahdəniz-2”ni transformasiyaya yol açan inqilabi layihə adlandırırlar. Dünyanın ən böyük karbohidrogen layihələrindən olan “Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcək ki, onun da 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri Avropadakı istehlakçılar üçün nəzərdə tutulub. Layihənin tikinti işlərinin pik dövründə Azərbaycanda 24 min nəfərdən çox insan işə cəlb olunub.

“Şahdəniz-2” müqavilə sahəsində iki platforma quraşdırılıb və onlar körpü vasitəsilə birləşdirilib. Bunlardan biri yaşayış blokları və texnoloji təchizat platforması, digəri hasilatdikborular platformasıdır. Platformaların tikintisi bütövlüklə Azərbaycanda neft-qaz qurğularının inşası üçün yaradılmış dünya səviyyəli sahələrdə həyata keçirilib. Hər iki platformanın üst hissəsi Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində inşa edilib. Qurğuların dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) hazırlanıb.

İlk qazın alınması üçün qazma işlərinin vaxtında və keyfiyyətlə aparılması da mühüm şərtdir. “Şahdəniz-2”də qazma işləri “İstiqlal” və “Maersk Explorer” qurğuları ilə həyata keçirilir. Bu qurğularla “Şahdəniz-2” yatağından hasilatın başlanmasına və sonradan tədricən artırılmasına hazırlıq çərçivəsində 14 quyu qazılıb. “Şahdəniz-2”də qazma işləri hasilatın sabit səviyyəsinə nail olunanadək davam edəcək.

Mühüm tikinti işləri, istismar sınaqları və təhvilvermə əməliyyatlarından sonra “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri istismara başlayıb. CQBK-nın genişləndirilməsi əslində böyük bir layihədir. Mövcud xətlə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmər tikilib. Bu xəttin 424 kilometri Azərbaycanın, 63 kilometri Gürcüstanın ərazisinə düşür. CQBK-nın Türkiyənin şərq sərhədində

TANAP-a birləşdirilməsi üçün kiçik bir hissə inşa edilib. CQBK-nın genişləndirilməsinə bir sıra yeni qurğuların tikintisi daxil idi. Bunlardan biri Azərbaycanda, digəri Gürcüstanda yerləşən iki aralıq ərsinləmə, biri Gürcüstanda, beşi Azərbaycanda olmaqla altı siyirtmə, beynəlxalq sərhədlərdə təzyiqsalma nəzarətölçmə stansiyalarıdır. Bunlardan əlavə, kəmərin Gürcüstan hissəsində hər birinin gücü 120 MVt olan iki kompressor stansiyası da tikilib.

Bir sözlə, CQBK-nın ilk qazı qəbul etməsi üçün Azərbaycanda Gürcüstanda xətt boyu genişləndirilmə işləri aparılıb. Kəmərə qaz Səngəçal terminalından vurulub. Bu, dünyanın ən böyük neft-qaz terminalıdır.Cənub qaz dəhlizi”nin təməli burada 4 il əvvəl qoyulub. Həmin vaxtdan bəri terminal xeyli genişləndirilib. “Şahdəniz-2” qazını qəbul, ilkin emal ixrac etmək üçün burada yeni qurğular inşa edilib.

Cənub qaz dəhlizi”nin zəngin salnaməsinə daxil olan hadisələrdən biri Bakı Gəmiqayırma Zavodunda məhzŞahdənizyatağında işləmək üçünXankəndisualtı tikinti gəmisinin inşa edilməsidir. Hazırda bu gəmiŞahdəniz”də ilk uğurlu işlərini həyata keçirir. Yatağa 2017-ci ildə gələnXankəndiburada 10 ildən çox - 2027-ci ilədək işləyəcək.

Xankəndi” DNV GL Norveç Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sisteminə malikdir. 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün əsas kranla, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki cihaz, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası digər zəruri texnika ilə təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 ton, suya oturumu 6,5 metr, yükgötürmə qabiliyyəti 5 min metrik tondan artıqdır. Dünyada bu tipdə cəmi 10 gəmi var ki, onlardan biri bu gəmidir.

Xankəndigəmisinin tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünü göstərən çoxsaylı amillərdən biridir. Gəminin inşası təqribən 400 milyon dollara başa gəlmişdir.

Təsadüfi deyil ki, mayın 29-da “Cənub qaz dəhlizi”nin tərəfdaşlarının nümayəndələri Səngəçal terminalında keçirilən açılış mərasimində çıxış edərkən bütün bunları ölkəmizin nailiyyəti kimi dəyərləndirmişlər. “BP Group Upstream”ın baş icraçısı Bernard Luney demişdir: “Bakı yaxınlığında modernləşdirilmiş dünya səviyyəli istehsalat sahələri, Xəzər dənizində analoqu olmayanXankəndiqabaqcıl sualtı tikinti gəmisinin inşası, yerli resurslardan maksimum istifadə ilk dəfə olaraq bütün dəniz qurğularının, o cümlədən dünya səviyyəli iki platformanın yerli resurslarla Azərbaycanda inşa edilməsi buna əyani misaldır. Əlbəttə ki, bu günCənub qaz dəhlizi”nə qazın vurulmasını rəsmi olaraq qeyd etdiyimiz bu Səngəçal terminalında aparılmış genişləndirmə işləri qeyd olunanların bariz nümunəsidir. BuradanCənub qaz dəhliziAzərbaycan Gürcüstan əraziləri ilə uzanan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini izləyir oradan TANAP xəttinə qoşulur. Bütün bunlar ölkə üçün böyük nailiyyətlərdir”.

AzərbaycanCənub qaz dəhlizilayihəsinin təşəbbüsçüsü, lideridir bu nəhəng layihəni çoxsaylı tərəfdaşları ilə birlikdə həyata keçirir. Belə ki, layihənin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Növbəti mərhələdə layihəyə 3 Balkan ölkəsinin - Bosniya Herseqovina, Xorvatiya Monteneqronun da qoşulacağı gözlənilir.

Cənub qaz dəhliziilə nəql olunan mavi yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell”, BolqarıstanınBulgargaz”, Yunanıstanın DEPA, AlmaniyanınUniper”, FransanınEngie”, İtaliyanın “Hera Trading”, “Edison” Enel”, İsveçrənin AXPO şirkətləridir.

Prezident İlham Əliyevin dediyi kimi: “Biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr şirkətlər qazanc əldə edirlər. Biz elə gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni Azərbaycan, həm tranzit ölkələr həm istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb”.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.-5 iyun.- S.1; 6.