Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının
strateji inkişafına böyük
töhfə verir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Mülki
Müdafiə Təşkilatının Baş katibi Vladimir
Kuvşinovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı sabah Bakıda keçiriləcək Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin
Akademiyasının yaradılmasının 10 illiyi ilə
bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə
Təşkilatının Baş katibinin bu tədbirdə
iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev
Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı
arasında uğurlu əməkdaşlığın bundan
sonra da davam edəcəyinə əminliyini ifadə etdi.
Beynəlxalq Mülki Müdafiə
Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah
Bakıda keçiriləcək Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının
yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə
iştirakından məmnunluğunu ifadə edərək, eyni
zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq
informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın
möhkəmləndirilməsi baxımından əhəmiyyətini
qeyd etdi. Vladimir Kuvşinov bildirdi ki, Azərbaycan Beynəlxalq
Mülki Müdafiə Təşkilatının fəal
üzvlərindən biridir və ölkəmiz bu təşkilatın
strateji inkişafla bağlı fəaliyyətinə öz
töhfəsini verir.
Söhbət zamanı Azərbaycanda
mülki müdafiə sahəsində həyata keçirilən
işlərdən danışıldı, əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2018.-5 iyun.- S.1.