“Cənub qaz dəhlizi”: sonuncu seqment

 

TAP-ın çəkilişi rəvan gedir

 

3500 kilometrlik “Cənub qaz dəhlizi”nin 878 kilometri TAP-ın (Transadriatik Qaz Boru Kəməri) payına düşür. Dəhlizin həmin hissəsinin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşəcək.

TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Azərbaycan qazını CQBK (Cənubi Qafqaz Boru Kəməri) TANAP-dan (Transanadolu Qaz Boru Kəməri) qəbul edərək Avropaya bu kəmər çatdıracaq. “Şahdəniz-2”dən hasil olunan, ildə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulub, 10 milyard kubmetrini TAP Avropaya nəql edəcək. Odur ki, onun vaxtında istifadəyə verilməsi böyük önəm daşıyır. Kəmərin marşrutu boyu işlərin rəvan getməsi TAP-ın qazı planlaşdırıldığı vaxt qəbul edəcəyinə istehlakçılara çatdıracağına əsas verir.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da kəmərin tikintisinə start verilib. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn mühəndislik işləri daxil edilib.

TAP-ın ayrı-ayrı hissələri bir-birindən fərqli coğrafi şəraitdə yerləşdiyindən tikinti işləri çətin mürəkkəbdir. Belə ki, marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə olacaq, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr yüksəklikdən keçəcək. Kəmərin quru ərazidən keçən hissəsində boruların diametri 48 düym,  sualtı hissəsində 37 düym olacaq. Buna baxmayaraq, inşaatçılar öhdələrinə düşən işi bacarıqla yerinə yetirirlər.  Bu layihədə SOCAR (20 faiz), BP (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) Axpo” (5 faiz) şirkətləri iştirak edirlər. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olacağı gözlənilir. 

BP-nin nəşr etdiyi “Compass” jurnalının bu günlərdə işıq üzü görən son nömrəsində bildirilir ki, TAP-ın quruda yerləşən 796 dənizdəki 111 kilometrlik hissələri üçün lazım olan boruların hamısı tranzit əraziyə malik üç ölkəyə çatdırılıb. Kəmərin Yunanıstan hissəsinin 94 faizi çəkilib. 495 kilometrdə borular qaynaq edilib, 413 kilometrdə isə onlar xəndəyə qoyularaq üstü torpaqla örtülüb.

Albaniyada da işlər müvəffəqiyyətlə davam edir. Kəmərin bu ölkədən keçən  hissəsinin 81 faizi çəkilib. Borular 170 kilometrdə qaynaq edilib 151 kilometrdə xəndəyə endirilib. Əraziyə əvvəlki görkəmi qaytarılıb.

İtaliyada boru kəmərinin sahilə çıxarılması işləri aparılır. Ölkənin cənubundakı Apuliyada xəttin dəniz quru hissələri arasında keçid yaratmaq üçün mikrotuneldən istifadə ediləcək. Layihənin baş meneceri Con Attrill bildirib ki, mikrotunel üçün şaxtanın tikintisi artıq tamamlanıb gələcək işlər üçün icazə alınıb. O deyib: “Gün ərzində fasiləsiz olaraq qazma işləri aparan avadanlıqdan istifadə edilir. Bu işlərin təxminən 5 ay ərzində 2 kilometri məsafəni əhatə edəcəyi gözlənilir tunelin qazılmasının yaxın vaxtlarda tamamlanması qarşıya hədəf kimi qoyulmuşdur”.

TAP-ın yerüstü obyektlərində işlər ahəngdar gedir. Boru kəmərinin fəaliyyətinin ilkin mərhələsi üçün nəzərdə tutulan iki kompressor stansiyasının tikintisi davam edir. Onlardan biri Yunanıstanın şərqindəki Kipoi, ikincisi Albaniyanın qərbindəki Fier məntəqələrində yerləşir. Eləcə Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi həyata keçirilir. Kompressor ölçmə stansiyalarının tikintisi təxminən iki il çəkəcək. Bundan sonra istismara hazırlıq istismaravermə üçün sınaqlar aparılacaq.

Məlum olduğu kimi, boru kəmərlərinin tikintisində ən vacib məsələlərdən biri işlər tamamlandıqdan sonra əraziyə əvvəlki görkəminin qaytarılmasıdır. TAP-ın tikintisi ərzində budanmış, yerləşdiyi sahə nişanlanmış müvəqqəti köçürülümüş zeytun ağaclarının qorunması üçün böyük tədbirlər görülmüşdür. Boru kəmərinin ətrafındakı sahələr bərpa edildikcə, ağaclar dəqiqliklə yenidən öz əvvəlki yerlərində əkiləcəklər. 

TAP Avropanın qaz təchizatının yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyan kəmərdir.  Kəmərin son ünvanı İtaliya torpağıdır burada kəmər həmin ölkəninSnam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. TAP gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar da yaradır.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 6 iyun.- S.1; 8.