Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika
Günü münasibətilə Zati-alinizə və Sizin
şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı
adından və şəxsən öz adımdan səmimi təbriklərimi
və xoş arzularımı çatdırıram.
Əminəm ki, Laos Xalq Demokratik
Respublikası ilə Azərbaycan Respublikası
arasındakı əlaqələr xalqlarımızın
maraqları, dünyada sülh və beynəlxalq əməkdaşlıq
naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək,
Sizə möhkəm cansağlığı və ali dövləti
vəzifənizdə müvəffəqiyyətlər
arzulayıram.
Zati-aliləri, Sizə olan ən
yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm.
Hörmətlə,
Bounyanq Voraçit
Laos Xalq Demokratik Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 6 iyun.- S.7.