Azərbaycan təhlükəsizlik
sahəsində ABŞ-ın aparıcı tərəfdaşıdır
Bu fikir
ABŞ Helsinki Komissiyasının sədri Rocer Uikerin Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanatında
yer alıb
ABŞ Senatının Missisipi
ştatını təmsil edən respublikaçı üzvü,
ABŞ Helsinki Komissiyasının sədri Rocer Uiker Azərbaycan
Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə
bağlı bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda
ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan
ilk dövlətlərdən biri olduğu bildirilir. 1920-ci ildə
bolşeviklərin Azərbaycana müdaxiləsilə ölkənin
Sovet İttifaqının tərkibinə
qatıldığı, lakin Sovet İttifaqının
dağılması ilə Azərbaycanın yenidən 1991-ci
ildə müstəqilliyini bərpa etdiyi vurğulanır.
ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini
tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr
qurduğu qeyd edilir.
Bəyanatda Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu xüsusi bildirilir. Diqqətə çatdırılır ki, 2002-ci ildən Azərbaycan qoşunları Əfqanıstanda xidmət göstərir, ABŞ-a və NATO tərəfdaşlarına yardım edir. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit rolu oynadığı, habelə ölkəmizin Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycan hava məkanından istifadəsinə icazə verdiyi vurğulanır.
Bəyanatda dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu bildirilir, ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilir.
Sonda
isə senator Azərbaycan xalqına öz səmimi təbriklərini
çatdırır.
Azərbaycan.-
2018.- 7 iyun.- S.6.