Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan xalqının müsəlman
dünyasında demokratik inkişafın ilk modelini
yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
100 illik yubileyi münasibətilə Zati-alinizə və
xalqınıza səmimi təbriklərimi
çatdırıram.
Braziliya və Azərbaycan
arasındakı əlaqələrin hazırkı inkişaf mərhələsi
iki ölkənin tərəqqisinə və rifahına
töhfə verir.
Hörmətli cənab Prezident,
xalqlarımız arasındakı dostluq münasibətlərinin
və müxtəlif sahələrdə əməkdaşlığımızın
möhkəmləndirilməsi üçün daim
çalışacağıma əmin olun.
Zati-aliləri, Sizə xoşbəxtlik,
ali dövləti vəzifənizin həyata keçirilməsində
uğurlar arzulayıram. Xahiş edirəm, ən yüksək
hörmət və ehtiramımı qəbul edəsiniz.
Mişel Temer
Braziliya Federativ
Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 8 iyun.- S.2.