Həm istirahət, həm də
müalicə
Tibbi turizm üçün
də Azərbaycan əlverişli məkandır
Müasir dünyanın ən gəlirli, geniş və sürətlə inkişaf edən sahələrindən birinin turizm olması heç kimə sirr deyil. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda turizm sektoru davamlı olaraq inkişaf edir, genişlənir və qazanc gətirən sahə kimi özünü doğruldur. Elə ona görə də bu gün turizm iqtisadiyyatın aparıcı sahələri sırasına daxil edilib və onun yeni qolunun - tibbi turizmin də formalaşması üçün zəmin yaranıb.
Müasir çağırışlara cavab
verən turizm sektoru
Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Təbii imkanlar, zəngin tarixi-mədəni irsin olması ilə yanaşı, dövlət başçısının ölkənin sosial-iqtisadi yüksəlişinə və turizmin inkişafına ayırdığı diqqət bu sahənin sürətlə genişlənməsinə rəvac verib. Konkret olaraq Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınıb.
Təkcə bir faktı xatırladaq ki, 2017-ci ildə ölkəmizə 2 milyon 692 min nəfər turist gəlib. Son 4 ayda isə dünyanın 182 ölkəsindən 847,6 min xarici ölkə vətəndaşı Azərbaycana təşrif buyurub. Onların da böyük əksəriyyəti turizm məqsədilə gələnlərdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Ümumiyyətlə, belə artım tendensiyası son illər sürətlə yüksəlir. Sözsüz, bunların qarşılığında paytaxt və bölgələrimizdə turizm infrastrukturu da ildən-ilə modernləşir, yeni çağırışlara uyğun təkmilləşdirilir.
Son illər bu sahədə daha çox diqqət çəkən istiqamət isə tibbi turizmdir. Tibbi turizm - istirahətlə yüksəksəviyyəli tibbi xidməti özündə birləşdirir. Eyni xərclə, eyni məkanda həm istirahət edirsən, həm də müalicə olunursan. Təbii ki, tibbi turizmin inkişafı üçün ölkənin təbii-müalicəvi yerlərinin olması əsas şərtdir. Bunun üçün də Azərbaycan çox əlverişli məkandır.
Dünyanın müxtəlif ərazilərində, o cümlədən Azərbaycan ərazisində minerallarla zəngin termal qaynaqlar var. Bu su mənbələri qədim zamanlardan insanlar tərəfindən istifadə olunub. Eləcə də bu resursların istifadə olunması və faydaları haqqında müxtəlif mənbələrdə yazılıb, elbəel danışılıb. İndi isə bu termal sulardan daha geniş, daha xeyirli istifadə edilməsi üçün müasir infrastruktur yaradılıb, optimal müalicə imkanları qurulub. Bu da, təbii ki, həm istirahət edib, həm də sağlamlığının qeydinə qalan insanları çox cəlb edir.
Bu gün Naftalan İstirahət və Sağlamlıq Mərkəzində, Şabran rayonu ərazisində yerləşən “Qalaaltı” kurortunda, Naxçıvanda duz mağaralarında, Masallı “İstisu” sanatoriyası və digər yerlərdə tibbi turizm üçün yüksək şərait yaradılıb.
Tibbi turizm ölkəyə yeni turist axını gətirir
Xatırladaq ki, Azərbaycanda tibbi-müalicəvi
turizmin inkişafına
illər öncə Naftalanda start verildi. Sonra bu proses
uğurla davam etdirildi, ölkəmizin digər regionlarında olan belə müalicəvi yerlər də insanların diqqətini çəkdi.
Bu gün Qalaaltıda
insan orqanizmi üçün çox xeyirli su mənbəyi
var, orada qısa zamanda müasir standartlara cavab verən hotelin tikilməsi turistlər və yerli sakinlər üçün xüsusilə
cəlbedici oldu.
Dünyanın ən təhlükəsiz
ölkələrindən olan
Azərbaycanda tibbi turizmin də yaradılması yeni turistlərin ölkəyə
gəlməsinə rəvac
verib. Bu gün
Naftalan şəhəri
həm müalicəvi
neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin diqqətini çəkən
və tez-tez üz tutduqları məkana çevrilib.
2018-ci ilin birinci rübündə Naftalana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çox olub. Qeyd olunan
müddətdə turizm
obyektlərində 5 mindən
artıq turist qeydə alınıb ki, onun da
2 min 241 nəfəri əcnəbi
qonaqlardır.
Avropanın “termal şəhərlər” siyahısında
Azərbaycan şəhərləri
Digər bir fakta diqqət edək: bu günlərdə
Avropa Tarixi Termal Şəhərlər
Assosiasiyası (EHTTA) Baş
Assambleyasının beynəlxalq
konfransı “Qalaaltı”
kurortunda keçirildi.
Bu heç də
təsadüfi deyildi.
Avropanın termal turizm xəritəsi, termal şəhərlərdə turizmin
inkişaf etdirilməsindən
bəhs olunan tədbirdə təqdim olunan xəritə üzərində termal mənbələri olan Azərbaycanın yerləşdiyi
ərazi də təsvir olunmuşdu.
Bu onu göstərir
ki, artıq avropalı da, amerikalı da bilir ki, Azərbaycanda
belə yer var, ora getmək,
onu kəşf etmək lazımdır.
Qeyd edək ki, hazırda
dünyada 150-dək termal
şəhər mövcuddur.
İndi isə hədəf bu termal sulardan
daha geniş istifadə edilməsi üçün müasir
infrastruktur yaradılması,
müalicə imkanlarının
genişləndirilməsidir.
Müasir dövrdə dünyanın
qabaqcıl ölkələrində
tibbi turizm inkişaf edir və turizmin bu növünə maraq ildən-ilə yüksəlir. Çünki gəlirli sahə
kimi həm ayrı-ayrı ölkələr
bu sektorun inkişafında maraqlıdırlar,
həm də turistlər üçün
bu yönüm böyük əhəmiyyət
kəsb edir. Hazırda
ABŞ, Malayziya, Sinqapur,
Braziliya, Meksika, Türkiyə, Macarıstan
və Hindistan tibbi turizm sahəsində
lider olan ölkələrdir. Onların
hər birinə il ərzində
orta hesabla 800 min - 1 milyon arası insan tibbi turizm
məqsədilə səfər
edir.
Bu istiqamətdə
tibbi turizm şirkətləri də
fəaliyyət göstərir. Onlar yerli
insanlara xidmət göstərməklə yanaşı,
eləcə də ölkəmizə əcnəbiləri
cəlb etməklə
məşğul olurlar.
Konkret olaraq müraciət edən hər turistə xəstəliyinə,
səhhətinə uyğun
xəstəxana, yer, məkan seçməkdə,
eləcə də xəstənin maddi vəziyyətinə uyğun
ünvan seçimində
və digər məsələlərdə köməklik
göstərirlər.
Elnur HADIYEV
Azərbaycan.-
2018.-8 iyun.- S.3.