Bakıda “Təhsilin strateji
planlaşdırılması: düşüncələr və
perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir
İyunun 7-də ADA Universitetinin
Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin
dəstəyi ilə keçirdiyi ikigünlük “Təhsilin
strateji planlaşdırılması: düşüncələr
və perspektivlər” mövzusunda beynəlxalq elm və təhsil
konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində ADA Universitetinin prorektoru Vəfa Kazdal tədbir haqqında məlumat verib. Qeyd olunub ki, konfrans iştirakçıları təhsilin müxtəlif səviyyələrində tətbiq edilən aparıcı beynəlxalq təcrübə ilə tanış olacaqlar.
Sonra təhsil naziri Ceyhun Bayramovun və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışları dinlənilib.
Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.
Konfransın işi “Azərbaycan
Respublikasında Təhsilin İnkişafı üzrə
Dövlət Strategiyasına” dair dörd istiqamətdə -
“Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf
etdirilməsi”, “Təhsil sistemində insan resurslarının
müasirləşdirilməsi”, “Şəffaf və səmərəli
idarəetmə mexanizmlərinin formalaşdırılması”
və “Son texnoloji tələblərə cavab verən
infrastrukturun yaradılması” panelləri üzrə davam edib.
Azərbaycan.-
2018.-8 iyun.- S.6.