Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı –
Respublika Günü münasibətilə Sizə və
xalqınıza şəxsən öz adımdan, həmçinin
Malta xalqı adından səmimi təbriklərimi
çatdırmaqdan şərəf duyuram.
2016-cı ildə Bakıya səfərimi və səfər çərçivəsində aparılmış konstruktiv müzakirələri xoş təəssüratlarla xatırlayıram. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu vurğulayır və bunu alqışlayıram. Ümid edirəm ki, xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, həmçinin təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üçün il ərzində imkanlar yaranacaqdır.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ölkənizə daimi firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Mari-Luiz Koleyro Preka
Malta Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 9 iyun.- S.2.