Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı gələcək
fəaliyyəti ilə bağlı fikir
mübadiləsi aparılıb
İyunun 8-də Baş nazirin
müavini Əli Həsənov Beynəlxalq Qızıl
Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Əli Həsənova
cəbhə xəttinə yaxın ərazilərdə təşkilat
tərəfindən həyata keçirilən humanitar layihələr
barədə ətraflı məlumat verən Elena Aymone Sessera
yaradılan münbit şəraitə görə ölkə
rəhbərliyinə təşəkkürünü bildirib
və həmin layihələrin davamlı olacağını
diqqətə çatdırıb.
Baş nazirin müavini humanitar
missiyasının icrasında beynəlxalq təşkilata
bundan sonra da lazımi dəstək veriləcəyini qeyd edib.
Daha sonra Əli Həsənov işğal altında olan Kəlbəcər
rayonu ərazisində doğmalarının məzarını
ziyarət etmək məqsədi ilə əzəli
torpaqlarına səfər zaman Ermənistan silahlı qüvvələri
tərəfindən girov götürülən Dilqəm Əsgərov
və Şahbaz Quliyevin vəziyyətləri ilə
bağlı narahatlığını ifadə edib. O,
BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin
artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə beynəlxalq
humanitar təşkilatın ölkəmizdə gələcək
fəaliyyəti barədə geniş fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2018.- 9 iyun.- S.2.