Rusiyanın yeni
səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Rusiyanın ölkəmizə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Mixail Boçarnikov ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə səfir Mixail Boçarnikov etimadnaməsinin
surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov səfiri
təyinatı münasibətilə təbrik edib və ona
diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Mixail Boçarnikov
Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti
dövründə iki ölkə arasında ənənəvi
dostluq münasibətlərinin daha da inkişafı
üçün səylərini əsirgəməyəcəyini
deyib.
Görüşdə Azərbaycan
və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq
müstəvisində mehriban qonşuluq, dostluq və
qarşılıqlı anlaşma şəraitində
inkişafından məmnunluq ifadə olunub. Siyasi,
iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə
əməkdaşlıq perspektivləri nəzərdən
keçirilib. İkitərəfli əlaqələrin
inkişafında regionlararası əməkdaşlığın
xüsusi rol oynadığı qeyd olunub.
Söhbət əsnasında, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.- 9 iyun.- S.3.