Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 416; 2004, ¹ 6, maddə 440, ¹ 9, maddə 674; 2005, ¹ 6, maddə 491, ¹ 12, maddə 1102; 2006, ¹ 7, maddə 592, ¹ 8, maddə 659; 2007, ¹ 6, maddə 615, ¹ 9, maddə 869, ¹ 10, maddə 947, ¹ 11, maddə 1106; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 719; 2009, ¹ 5, maddə 322, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 185; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 508, ¹ 9, maddə 791; 2012, ¹ 9, maddə 852; 2013, ¹ 5, maddə 511, ¹ 11, maddə 1320; 2014, ¹ 12, maddə 1573; 2015, ¹ 2, maddə 127, ¹ 6, maddə 697, ¹ 12, maddə 1474; 2016, ¹ 3, maddə 455, ¹ 6, maddə 1070, ¹ 12, maddə 2057; 2017, ¹ 5, maddə 783, ¹ 10, maddə 1796) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.6-cı yarımbəndə “cəzadan” sözündən sonra “, habelə probasiya nəzarətindən” sözləri əlavə edilsin.

2.3.1.8-ci yarımbənddə “və məhkəmələrin” sözləri “, məhkəmələrin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icraprobasiya qurumlarının” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  6 iyun 2018-ci il

 

Azərbaycan.- 2018.-10 iyun.- S.2.