Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə 820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2, maddə 184, ¹ 10, maddə 1784) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 8.10-1-ci yarımbənd əlavə edilsin:
“8.10-1. probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;”.
2. 9.27-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“9.27. probasiya nəzarətinin həyata keçirilməsini təşkil etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyun 2018-ci il
Azərbaycan.- 2018.-10 iyun.- S.2.