AMEA-nın
vitse-prezidenti, akademik Nərgiz Paşayeva “Birlik ulduzları”
mükafatına layiq görülüb
Dövlətlərarası “Birlik
ulduzları” mükafatının təqdim edilməsi üzrə
Şura incəsənət, elm və təhsil sahəsində
görkəmli nailiyyətlərə görə 2017-ci ilin
laureatlarını elan edib.
AZƏRTAC TASS agentliyinə istinadla
bildirir ki, MDB İştirakçısı olan ölkələrin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu (DHƏF) bu barədə iyunun 9-da məlumat verib.
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva
elm sahəsində “Birlik ulduzları” mükafatına layiq
görülüb.
Məlumatda deyilir: “Münsiflər
heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd
layiq görülüb”. Laureatlar arasında SSRİ Xalq Artisti,
alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya),
skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom
Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan
Akmataliyev (Qırğızıstan), bir idmançı –
belaruslu biatlonçu Darya Domraçeva və başqaları
var.
Mükafatlar MDB
İştirakçısı olan dövlətlərin
yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də
Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə
təqdim olunacaq.
Azərbaycan.- 2018.- 10 iyun.- S.2.