Avropada Mühafizəkarlar və
İslahatçılar Alyansının sammiti çərçivəsində
“Bakı Ekspo 2025”in təqdimatı olub
İyunun 9-da Avropada Mühafizəkarlar
və İslahatçılar Alyansının sammiti çərçivəsində
“Bakı Ekspo 2025” Ümumdünya Sərgisi ilə
bağlı təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki,
UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının baş katibi, xüsusi
tapşırıqlar üzrə səfir Elnur Sultanov Bakı
şəhərinin “Ekspo 2025”ə ev sahibliyinə namizədliyinin
irəli sürüldüyünü xatırladaraq
Ümumdünya Sərgisinə hazırlıqla bağlı
görülən işlərdən danışıb. O qeyd
edib ki, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərin,
o cümlədən sərgilərin keçirilməsi ilə
bağlı böyük təcrübəsi var.
Azərbaycanın zəngin mədəniyyətinin,
qədim tarixinin olduğunu vurğulayan Elnur Sultanov bu günlərdə
ölkəmizdə və xaricdə Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini bildirib. O, Azərbaycandakı
multikultural mühit barədə məlumat verərək
ölkəmizdə ayrı-ayrı etnik qrupların
qarşılıqlı hörmət və harmoniya şəraitində
yaşadığını deyib. Bildirib ki, Azərbaycan
qarşılıqlı hörməti və anlaşmanı
daim təbliğ edən ölkələrdəndir. Biz
müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən
mötəbər idman yarışlarına ev sahibliyi edirik. Azərbaycan
bu gün dünyada ən sürətlə inkişaf edən
ölkələrdən biridir. Azərbaycan bir çox beynəlxalq
enerji və nəqliyyat layihələrinin təşəbbüskarıdır.
“Ekspo 2025” Azərbaycanın özünü beynəlxalq aləmə
daha yaxından tanıtması üçün gözəl
fürsətdir.
Elnur Sultanov Bakının “Ekspo
2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini
dəstəkləməyə çağırıb.
Sonra Azərbaycanın ev sahibliyi
etdiyi müxtəlif beynəlxalq tədbirlərə dair
videoçarx nümayiş etdirilib.
Azərbaycan.-
2018.-10 iyun.- S.5.