Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç,

Dövlət bayramınızRusiya Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Dost Rusiya bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll edir. Rusiya beynəlxalq arenada fəal rol oynayır.

Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da ənənəvi sıx dostluq mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı uğurlar, bütün rusiyalılara isə sülh firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 iyun, 2018-ci il.

 

Azərbaycan.- 2018.-12 iyun.- S.1.