Azərbaycan Ordusu dünyanın ən müasir silah sursat
və hərbi texnikası ilə təmin olunub
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının
“N” saylı hərbi hissəsinin açılışında
iştirak edib.
AZƏRTAC xəbər
verir ki, müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına
raport verdi.
Bildirildi ki, hərbi hissənin inşasına
2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar
olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları,
maşınlar üçün
qaraj, nəzarət buraxılış məntəqəsi,
nəzarət qüllələri
quraşdırılıb.
Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa
olunub. Binada hərbçilər üçün
bütün zəruri
avadanlıqla təchiz
edilən iş otaqları var. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək
səviyyədə aparmaq
üçün hərtərəfli
şərait yaradılıb.
Bu cür müasir
qərargah binalarının
yaradılması hərbi
potensialın artırılması,
əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək
səviyyədə təmin
edilməsi istiqamətində
dövlətimizin atdığı
mühüm addımların
ardıcıl olduğunu
bir daha göstərir.
Dövlətimizin başçısı
hərbi hissənin əsgər yataqxanasında
yaradılan şəraitlə
də tanış
oldu.
Yataqxana binasında əsgərlərin
qalması və istirahəti üçün
hərtərəfli şərait
var. Burada məişət
və əşya otaqları, dəftərxana
və digər zəruri otaqlar yaradılıb. Yataqxanadakı ideoloji otaqda
hərbi qulluqçular
Azərbaycanın hərb
tarixinin şanlı səhifələri barədə
məlumat alacaqlar.
Hərbi hissədə
əsgər və zabitlərin idmanla məşğul olmaları
üçün də
yaxşı şərait
var. Burada quraşdırılan
idman meydançasında
hərbi qulluqçular
minifutbol, basketbol və voleybolla məşğul ola
biləcəklər.
Hərbi hissənin əsgər yeməkxanası da müasir səviyyədədir. Təmiz və
işıqlı yeməkxana
binasında hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və rasiona uyğun yeməklər verilir.
Bütün bunlar bir daha göstərir
ki, Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm
işlər görülür,
hərbi qulluqçuların
xidməti, yaşayış
və istirahət şəraitlərini yüksək
səviyyəyə çatdırmaq
məqsədilə konkret
addımlar atılır.
Hərbi hissənin raketlərin yoxlanılması anqarında
zəruri avadanlıq quraşdırılıb. Burada raketlər
təmir ediləcək
və yoxlanılacaq.
Burada, həmçinin raket meydançası da yaradılıb. Bu hərbi hissədə belə müasir infrastrukturun yaradılması
onun strateji əhəmiyyətini daha da artırır.
Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi
anqarına da baxdı.
Yeni hərbi hissənin ərazisində iriqabaritli
hərbi maşınlar
üçün saxlanma
anqarı, yanacaqdoldurma
məntəqəsi, açıq
test meydançası yaradılıb. Ümumilikdə, burada görülən işlər ordu quruculuğu sahəsində
son illərdə aparılan
məqsədyönlü islahatların
tərkib hissəsidir.
Dövlətimizin başçısı döyüş
texnikası parkında
hərbi texnikaya baxdı.
Ali Baş
komandana əməliyyat-taktiki
raket kompleksi olan “POLONEZ” barədə məlumat verildi. Onun maksimal
atış uzaqlığı
300 kilometrə qədərdir.
Raketin çəkisi 780 kiloqram, döyüş başlığı
hissəsinin çəkisi
140 kiloqram, zərərvurma
radiusu isə 80 metrdir. “POLONEZ”in
maksimal uçuş müddəti saniyədə
310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında
8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün
bütün dərinliyində
onun nüvə və kimyəvi hücum vasitələrinə,
kəşfiyyat-zərbə sistemlərinin yerüstü
elementlərinə, qoşunların
əsas qruplaşmalarına,
bazalarda yerləşən
aviasiyasına, hava hücumundan müdafiə
vasitələrinə və
obyektlərinə, idarəetmə
məntəqələrinə, radioelektron vasitələrinə,
arxa cəbhə və digər obyektlərinə zərbə
vurulması üçündür.
Bundan başqa, kompleks vasitəsilə dənizsahili
istiqamətlərdə düşmən
donanmasının yerləşmə
məntəqələri dağıdılır
və onun döyüş gəmiləri
məhv edilir.
Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə
edilir. Maksimal atış uzaqlığı
300 kilometrdən artıq
olan bu kompleksin
raketinin çəkisi
1580 kiloqram, döyüş
başlığı hissəsinin
çəkisi isə
240 kiloqramdır. Raketin zərərvurma
radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında
4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə
300 metrdir, atışa
hazırlıq vaxtı
13 dəqiqə, istismar
müddəti 10 ildir.
Həm “POLONEZ”, həm
də “LORA” kompleksləri
GPS və İNS sistemləri
ilə idarə olunur.
Bütün bunlar göstərir ki, Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə son
dövrlərdə Ordumuzun
müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi
diqqət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, bu gün Ordumuzun
balansında dünyanın
ən müasir silah-sursatı və hərbi texnikası var. Azərbaycan Ordusunun maddi-texniki bazasının
yüksək səviyyədə
təminatı üçün
müasir silah-sursat, hərbi texnika xaricdən alınır.
Bununla yanaşı, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ölkəmizdə
yaradılan müdafiə
sənayesi kompleksi də Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır.
Azərbaycan.- 2018.-12 iyun.- S.1-2.