Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

 

İyunun 11-də ParisdəkiVillepintesərgi mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) təmsil olunduğu “EUROSATORY-2018” Beynəlxalq müdafiə təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə MSN-in müəssisələrində istehsal edilən 270 addan çox silah sistemləri, müxtəlif çaplı döyüş sursatları, “Tufan”, “Matador”, “Marauder” kimi zirehli mina əleyhinə nəqliyyat vasıtələri, “Gürzəpatrul maşını nümayiş olunur. NATO standartlarına tam cavab verənYalquzaq” (7,62 mm) Vaşaq“ (8,6 mm) snayperləri, hücum pulemyotu (62 mm, HP-7,62), eləcə məsafədən idarə olunan döyüş modulu sərgi iştirakçılarının ziyarətçilərin diqqətini xüsusilə cəlb edib. Silahla (12,7 mm) təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu “NST-14,5” iriçaplı snayper tüfəngi ilk dəfə bu sərgidə nümayiş etdirilir. “EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan MSN-in nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin birinci günündə Baş nazirin birinci müavini Yaqub Eyyubovun müdafiə sənayesi naziri Yavər Camalovun Fransanın “Thales” şirkətlər qrupunun regional direktoru ilə görüşü olub. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin nazir Yavər Camalovun FransanınNexterşirkətinin nümayəndə heyəti ilə görüşündə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Eyni zamanda, Yavər Camalov AlmaniyanınRheinmetallşirkətinin nümayəndə heyəti ilə görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi iləRheinmetallşirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcəkEkspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı namizədliyinin dəstəklənməsi barədə geniş müzakirələr aparılıb.

Sərgidə iştirak edən şirkətlər Azərbaycanın stendinə ölkəmizin hərbi təyinatlı məhsullarına böyük maraq göstəriblər.

“EUROSATORY-2018” Beynəlxalq müdafiə təhlükəsizlik sərgisi iyunun 15-dək davam edəcək.

 

 

Azərbaycan.- 2018.-12 iyun.- S.5.