Bakıda Rusiya
Günü münasibətilə qəbul
təşkil edilib
İyunun 11-də Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul
təşkil edilib.
AZƏRTAC xəbər
verir ki, tədbir Azərbaycanın
və Rusiyanın dövlət himnlərinin
səsləndirilməsi ilə
başlayıb.
Qəbulda çıxış edən
Rusiyanın Azərbaycanda
yeni təyin olunmuş səfiri Mixail Boçarnikov ölkəsinin keçdiyi
inkişaf yolu barədə məlumat verib.
Səfir Azərbaycan
ilə Rusiya arasında əlaqələrin
inkişafından danışaraq
əməkdaşlığın sabit şəkildə davam edəcəyinə əminliyini bildirib: “Ölkələrimiz arasında
əlaqələrin yüksək
səviyyədə saxlanmasında
dövlət başçılarının
böyük rolu var və gələcəkdə
bu ənənənin davam edəcəyinə heç bir şübhəm yoxdur”. O vurğulayıb ki, dostluq və tərəfdaşlıq, eyni
zamanda, yaxşı qonşuluq münasibətləri
Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini
əhatə edir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir.
Humanitar istiqamətdə, eləcə
də enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq
genişlənir. Ticarət dövriyyəsini
artırmaq istiqamətində
işlər görülür.
Diplomat, həmçinin
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ilə bağlı təbriklərini çatdırıb.
Qəbulda çıxış edən
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan hökuməti
adından Rusiya xalqını təbrik edib. O, hər iki ölkənin əlaqələrin
inkişafında maraqlı
olduğunu bildirib. Valeh Ələsgərov əlaqələrimizin
əsasında ölkə
rəhbərlərinin, hökumətlərin,
eləcə də parlamentlərin mühüm
rolunu qeyd edib. Vurğulayıb ki, əməkdaşlığın
yüksək səviyyədə
olması üçün
ümidverici əsas şübhəsiz ki, ölkələrimizin prezidentləri
arasında olan etibarlı münasibətlərdir.
Azərbaycan və Rusiya
bütün prioritet sahələrdə, o cümlədən
diplomatik, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı
möhkəmləndirməyə davam edəcək.
Milli Məclis sədrinin müavini deyib ki, Azərbaycanın Rusiya subyektləri ilə əlaqələri
də inkişaf edir və humanitar
sahədə əməkdaşlıq
yüksək səviyyədədir. “Biz birgə
səylərlə strateji
tərəfdaşlıq əlaqələrini
xalqlarımızın və
dövlətlərimizin maraqları,
regionda sülhün təminatı naminə daha yüksək səviyyəyə çatdıra
bilərik”, - deyə
o əlavə edib.
Azərbaycan.- 2018.-12 iyun.- S.8.