"SABAH" incəsənət festivalı"nın qalibləri mükafatlandırılıb

 

İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalıkeçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Memarlıq İnşaat Universiteti Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “SABAH” qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri nümayiş etdirilib. Bakı Musiqi Akademiyasının “SABAH” qrupunun tələbələri isə maraqlı musiqi proqramı ilə çıxış ediblər.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu diqqətə çatdırıb.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən nazir ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Qeyd edilib ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni fərqli mühitin yaradılması, savadlı, bacarıqlı hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2.300-dən çox tələbəni əhatə edir.

 

 

Azərbaycan.- 2018.-12 iyun.- S.8.