Azərbaycan ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə daim möhkəmlənir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətlərinin siyasi, iqtisadi digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2018.- 13 iyun.- S.2.