Azərbaycan Prezidenti
İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun
Əskişəhərdə görüşü olub
İyunun 12-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində
Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi və digər sahələrdə inkişafından
məmnunluq ifadə olundu, nəqliyyat sahəsində əməkdaşlığın
yaxşı nəticələr
verdiyi bildirildi.
Söhbət zamanı TANAP layihəsinin
əhəmiyyəti vurğulandı,
bu layihənin beynəlxalq əməkdaşlığa
verdiyi töhfədən
danışıldı.
Görüşdə ötən
il iki ölkə
arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan
Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirildi.
Həmçinin Ukraynadan gələn
və Azərbaycan ərazisindən keçən
tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edildi.
Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulandı,
SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin
sayının artdığı
qeyd edildi.
Söhbət zamanı ikitərəfli münasibətlər və
qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.- 13 iyun.-
S.2.