Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə Vyetnam Hökuməti və
xalqı adından Sizə və xalqınıza ən səmimi
təbriklərimi çatdırıram.
İstər regional, istərsə
də qlobal səviyyədə Azərbaycanın rolunu və
mövqeyini gücləndirən quruculuq və inkişaf
prosesində Zati-alinizin rəhbərliyi ilə
xalqınızın böyük nailiyyətlər əldə
etməsi Vyetnamda daim izlənir və biz bundan sevinc hissi
keçiririk.
Vyetnam və Azərbaycan nəsillər
boyunca hər iki ölkənin liderləri və xalqları tərəfindən
yaradılan, təkmilləşdirilən ənənəvi
dostluq münasibətlərinə malikdir. Vyetnam hər
iki xalqın maraqları naminə bu səmərəli əlaqələri
daim dəyərləndirir və daha da gücləndirməyi
arzulayır.
Vyetnam ilə Azərbaycan
arasında bir çox sahələrdə hər iki ölkənin
maraqlarına cavab verən əməkdaşlığın nəticələrini
yüksək qiymətləndirirəm. Tam əminəm ki, liderlərimizin
və xalqlarımızın güclü siyasi iradəsi ilə
Vyetnam və Azərbaycan arasında dostluq münasibətləri
və əməkdaşlıq hər iki ölkənin
inkişafına, bölgədə və dünyada sülhə,
sabitliyə, rifaha əhəmiyyətli dərəcədə
töhfə verərək səmərəli şəkildə
dərinləşəcəkdir.
Zali-aliləri, Sizə
cansağlığı və şərəfli fəaliyyətinizdə
uğurlar, Azərbaycana və Azərbaycan xalqına daha
çox firavanlıq və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Çan Day Kuanq
Vyetnam Sosialist
Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 13 iyun.-
S.3.