Maroş Şefçoviç: “TANAP “Cənub qaz dəhlizi”nin mühüm
tərkib hissəsidir”
Transanadolu Boru Kəməri (TANAP)
“Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Avropa Komissiyasının enerji birliyi üzrə
vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter”
hesabında yazıb.
“TANAP Cənubi Qafqaz Boru Kəməri
(CQBK) və Transadriatik Boru Kəməri (TAP) ilə birgə “Cənub
qaz dəhlizi”nin mühüm tərkib hissəsidir. O, bu
infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna
görə də əsas mərhələ tamam olur,
çünki Xəzər təbii qazı artıq kommersiya əsasında
Türkiyə bazarına çatdırılır”, - deyə
M.Şefçoviç bildirib.
“Bu gün biz niyyətləri
reallığa çeviririk və Enerji İttifaqı ilə
daha bir nəzərəçarpacaq nəticəni veririk. “Cənub
qaz dəhlizi” enerji təchizatçıları və
marşrutlarını şaxələndirməklə Cənub-Şərqi
Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə
də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi
baxımından strateji əhəmiyyət kəsb edir. Biz
hamımız Xəzər regionu və Avropa İttifaqı
bazarının arasındakı bu “körpü”dən yararlana
bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq
doğurur”, - deyə Avropa Komissiyasının enerji birliyi
üzrə vitse-prezidenti əlavə edib.
O deyib: “Bizim uzunmüddətli hədəfimiz
azad ticarət, rəqabət və şaxələndirilmiş
təchizat, mənbələr və marşrutlara əsaslanan
ümumavropa enerji bazarının yaradılmasıdır. Bu,
onu göstərir ki, Enerji Birliyi Aİ-nin sərhədlərində
dayanmır və o, güclü xarici ölçüyə
malikdir. İnanıram ki, “Cənub qaz dəhlizi”nin Avropa hissəsi
olan TAP-ın tikintisi üç milli hökumətin
davamlı dəstəyi sayəsində davam edəcək və
nəticədə 2020-ci ildə Xəzər qazı Aİ-yə
çatacaq. Bunun investisiyalar, iş yerləri,
istehlakçılar üçün aşağı enerji
qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara
keçid baxımından tranzit və təyinatlı ölkələrə,
onların yerli icmalarına mühüm faydaları olacaq”.
Azərbaycan.-
2018.- 13 iyun.- S.3.