ParisdəBakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib

 

Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı iləBakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan vəkil Alen TremolyerBakı Prosesihaqqında məlumat verib bu platformanın mədəniyyətlər dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü bildirib.

Alen TremolyerBakı Prosesihaqqında daha ətraflı danışmaq üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevə verib.

Əbülfəs Qarayev belə mühüm tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna, ölkəmizin Fransadakı səfirliyinə UNESCO yanında daimi nümayəndəliyimizə təşəkkür edib. O deyib ki, bu il təkcəBakı Prosesi”nin 10 illiyi deyil, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Nazir ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin ta qədimdən sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın son on il ərzində müntəzəm olaraq dünya ölkələrinin siyasi, mədəniyyət dini liderlərini bir araya gətirdiyini vurğulayıb. Bildirib ki, 2008-ci ildə Bakıda mədəniyyət nazirlərinin konfransında mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevBakı Prosesitəşəbbüsünü irəli sürüb. 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışıBakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi 2011-ci ilin aprel ayında Bakıda ilk Forum keçirildi. Həmin ildən etibarən hər iki ildən bir keçirilən Forumda ümumilikdə 160 ölkədən 6 min dövlət hökumət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri səfirlər, parlamentarilər, diplomatlar, QHT media nümayəndələri, jurnalistlər, ekspertlər iştirak ediblər.

Mədəniyyət naziri ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söz açıb. O, 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda 147 ölkədən 3 min nümayəndənin iştirak etdiyini diqqətə çatdırıb. BMT-nin Baş MəclisiDinlərarası mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın sülh naminə əməkdaşlığın təşviqiadlı qətnaməsi iləBakı Prosesi”ni yüksək qiymətləndirib onu mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün mühüm qlobal platforma adlandırıb.

Nazir bu il Azərbaycan hökumətinin digər mühüm beynəlxalq tədbiri -Bakı Beynəlxalq Humanitar ForumunuBakı Prosesiilə birləşdirmək qərarına gəldiyini bildirib.

Paytaxtımız Bakı şəhəri 2025-ci ildəEkspoÜmumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Universal sərgi dialoq, qarşılıqlı fəaliyyət üçün yeni bir güclü platforma ola bilər. Əgər bizə 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etmək imkanı verilərsə, biz ondan bütün xalqlara eyni imkanlar yaradan əsl universal tədbir olması hər kəsin bəhrələnməsinə, mədəniyyətlər sivilizasiyalar arasında dialoqa töhfə verməsinə çalışacağıq”, - deyə Ə.Qarayev vurğulayıb.

Sonra BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas çıxış edərək bu prosesə ilk gündən qoşulduğunu bildirib. O, “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb, onun mədəniyyətlərarası dialoq haqqında düşünən, dünyanın bütün ölkələrindən olan böyük şəxsiyyətləri birləşdirdiyini diqqətə çatdırıb. Jan-Kristof Bas Azərbaycanın ənənələr, eləcə müasirlik məkanı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ideyalar məkanıdır. Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr bu ölkənin avanqard qabiliyyətini əks etdirir. Azərbaycan 100 il əvvəl müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkədir.

Bakı Prosesi”nin 10 illik yubiley tədbiri konsert proqramı ilə davam edib. Konsertdə azərbaycanlı gənc pianoçu Elçin Şirinovu Andrea Di Biase (bass) Deyv Hamblet (zərb) müşayiət ediblər. Konsert proqramında milli xarici musiqilər səsləndirilib.

Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxinə dair fransız dilində nəşrləri, eləcə milli klassik musiqimizdən ibarət hazırladığı disklər tədbir iştirakçılarına hədiyyə edilib.

 

Azərbaycan.- 2018.-13 iyun.- S.7.