Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri ahıllarla görüşüblər

 

İyunun 12-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri 15 İyun - Milli Qurtuluş GünüRamazan bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub, ahıllarla görüşüblər.

Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, Azərbaycan dövləti ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənilməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illərdə qazandığı genişmiqyaslı uğurlardan danışan Nurlana Əliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla mütəmadi görüşlər keçirir.Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”, – deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.

Diqqətə çatdırılıb ki, YAP həmişə müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər təşkil edir. Belə görüşlər bundan sonra da davam edəcək. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin humanizmdən, insanpərvərlikdən, insanlara qayğıdan xəbər verdiyini deyən N.Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın rifahı üçün istifadə edilsin.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə belə görüşlərin önəmini qeyd edib, dövlətimizin yardıma ehtiyacı olan insanları hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb. O, bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu xatırladaraq bu ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İlielan olunmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu il çərçivəsində kütləvi tədbirlərin keçirilməsi Cümhuriyyət tariximizin hər kəs tərəfindən öyrənilməsinə imkan yaradır. Cümhuriyyətin qurucularının ən böyük arzusu müstəqil Azərbaycanı görmək olubbu gün bizim güclü müstəqil dövlətimiz mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.

Bu günlərdə Azərbaycan xalqının dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Gününüqeyd etdiyini xatırladan Dilarə Seyidzadə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanın yeni bir mərhələyə daxil olduğunu qeyd edib. O, Ümummilli Liderlə bağlı xatirələrini bölüşərək deyib ki, Azərbaycan xalqı Heydər Əliyev kimi lideri olduğu üçün çox xoşbəxtdir. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qoruyub, onun inkişafı naminə misilsiz işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşayacaq. Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Müəssisənin direktoru Qətibə Əsədova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. O qeyd edib ki, bu müəssisənin sakinləri hər zaman dövlətimizin qayğısını hiss edirlər. Ümumiyyətlə, ölkəmizdə ahıl vətəndaşlarımız hər zaman yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm işlər görülür.

Müəssisənin sakinləri də çıxış edərək ölkə rəhbərliyinin, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün ölkəmizin əldə etdiyi uğurlar onları da sevindirir.

Sonra ahıllara bayram sovqatları təqdim edilib.

 

Azərbaycan.- 2018.-13 iyun.- S.7.