İlham
Əliyev Avropanın enerji siyasətini
müəyyənləşdirir
Türkiyə KİV-i
TANAP-ın açılışını əsas gündəm
mövzusu kimi
manşetdən verərək bunu Azərbaycanın
yeni qələbəsi kimi
dəyərləndirdi
Dünyanın enerji xəritəsində mühüm dəyişikliklərə yol açan, Xəzər regionu ilə Avropanı birləşdirən “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissələrindən biri olan
TANAP kəmərinin istifadəyə verilməsi ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn daha bir layihənin uğurla həyata keçməsinin göstəricisidir. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilən, ən əsası Azərbaycan və Türkiyə qardaşlığının növbəti təzahürü olan, ölkələrimizin ortaq layihəsi kimi xalqlarımızın rifahına xidmət edən TANAP Azərbaycanın öz karbohidrogen ehtiyatlarını müstəqil şəkildə dünya bazarına çıxarmasının mühüm təsdiqidir. Azərbaycanı Türkiyə və Avropa üçün vacib qaz ixracatçısına çevirən TANAP-a indi dünya miqyasında böyük maraq müşahidə edilir.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Pedro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç və başqaları iştirak ediblər.
Açılış mərasimi qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Baxış sayı milyona çatan internet portalları, sosial şəbəkədəki səhifələr Prezident İlham Əliyev və R.Ərdoğanın açılış mərasimindəki çıxışlarını anbaan yeniləyərək oxuculara çatdırıblar. Teleşirkətlər isə həmin hadisəni canlı yayımlar vasitəsilə izləyicilərə göstəriblər. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:
“Akşam”:
“Avropaya türk
enerjisi”
“Akşam” qəzeti isə “Avropaya türk enerjisi” başlıqlı xəbərində iki liderin fikirləri əsasında TANAP layihəsinə geniş yer ayırıb. Bildirilib ki, Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə (CQBK), Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Transadriatik Qaz Boru Kəməri) birləşən TANAP-ın uzunluğu 1900 kilometr olacaq. Bu boru xətti Türkiyənin ərazisində 20-dən çox bölgədən keçəcək. TANAP qət etdiyi məsafənin uzunluğuna və borularının diametrinə görə indiyədək dünyada həyata keçirilmiş ən böyük qaz xətti layihələrindən biridir.
Nəşr Prezident İlham Əliyevin Türkiyə və Azərbaycanın bölgədə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirdiyi fikrini diqqətə çatdırıb: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.”
“Hürriyet”:
“Türkiyə və Azərbaycanın ortaq
zəfəri”
“Hürriyet” qəzeti isə “Türkiyə və Azərbaycanın ortaq zəfəri” başlıqlı xəbəri manşetə çıxardıb. Hər iki dövlət başçılarının TANAP ilə bağlı fikirlərinə geniş yer ayıran məqalədə qeyd olunub ki, layihə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihədə Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyədir. Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur.
“Yeni
Şafak”:
“Enerjinin
İpək yolu”
“Yeni Şafak” qəzeti “Enerjinin İpək yolu” adlı xəbəri manşetdən
verib. Qeyd edilib ki,
TANAP layihəsi bölgə,
eləcə də Avropa üçün mühüm əhəmiyyət
kəsb edir. Prezidentlər İlham Əliyev
və R.Ərdoğanın
layihə ilə bağlı fikirlərinin
yer aldığı xəbərdə bildirilir
ki, Azərbaycanın neft strategiyası bütün parametrlər üzrə Türkiyənin
iqtisadi inkişafına,
qüdrətlənməsinə böyük təsir göstərib. İlham Əliyevin
“TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan
qardaşlığının növbəti təzahürüdür”
fikilərinin də yer aldığı məqalədə TANAP-ın
Türkiyə ilə Azərbaycanın növbəti
zəfəri olduğu
diqqətə çatdırılıb.
“Vatan”:
“Yüz
ilin açılışı”
“Vatan” qəzeti “ Yüz
ilin açılışı”
başlıqlı xəbərində
hər iki ölkənin dövlət
başçılarının TANAP layihəsi barədə çıxışlarını ön plana çıxardıb.
Qeyd olunub ki, “Cənub qaz dəhlizi”nin
mühüm tərkib
hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə
tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə
verəcək. Bildirilib ki,
TANAP üzrə hökumətlərarası
saziş 2012-ci ilin iyun ayında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda
imzalayıblar. Bu gün isə Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının
birgə səyi nəticəsində gerçəkliyə
çevrilən layihə
istifadəyə verilir.
“Habertürk”:
“İşbirliyinin
son meyvəsi”
“Habertürk”
qəzetinin “İşbirliyinin
son meyvəsi” başlıqlı
xəbərində bildirilib
ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycan arasındakı
sosial, iqtisadi və digər sahələrdə indiyədək
mövcud olan qardaşlıq münasibətlərinə
əlavə dəstəkdir. Vurğulanıb ki, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi
Türkiyə-Azərbaycan liderlərinin
birgə güclü siyasi iradəsi nəticəsində mümkün
olub. Bu, eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyənin
üçünün birlikdə
bölgədə enerji
təhlükəsizliyi, Avropanın
enerji təhlükəsizliyinə
dəstək sahəsində
həyata keçirdikləri
mühüm strateji layihədir.
“Türkiye”:
“Qürur tablosu. Əsrin layihəsi
TANAP açıldı”
“Türkiye”
qəzeti “Qürur tablosu. Əsrin layihəsi TANAP açıldı”
başlıqlı xəbərini
manşetə çıxardıb.
Bildirilir
ki, Azərbaycanla Türkiyə aralarında
münasibətlərin nə
dərəcədə yüksək
səviyyədə qurulduğunu,
tərəflərin mühüm
əhəmiyyət kəsb
edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə
hazır olduğunu həmişə göstərib.
Hər iki prezidentin layihə ilə bağlı çıxışlarının
yer aldığı məqalədə İlham
Əliyevin “TANAP Türkiyə
ilə Azərbaycanın
növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin
enerji tarixini birlikdə yazırıq” fikirini xüsusi olaraq diqqətə çatdırıblar.
“Sabah”:
“Enerjinin
qəlbi Türkiyədə
döyünür”
“Sabah” qəzetinin
“Enerjinin qəlbi Türkiyədə döyünür”
başlıqlı xəbərində
isə bildirilib ki, TANAP layihəsinin açılış mərasimində
İlham Əliyev və R.Ərdoğan bir sıra maraqlı
məqamları diqqətə
çatdırıblar. Qeyd olunub
ki, Türkiyə dövləti TANAP layihəsində
Azərbaycanın əsas
tərəfdaşı və
partnyorudur. Bu layihədə Azərbaycanı
dəstəkləyən əsas
ölkə Türkiyədir.
Layihə barədə
geniş məlumat verən nəşr bildirib ki, “Cənub
qaz dəhlizi”nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan
və Türkiyənin
20 vilayətindən keçərək
Yunanıstan sərhədinə
qədər uzanır.
“TRTHaber”:
“Prezident
İlham Əliyev:
TANAP Türkiyə və
Azərbaycanın zəfəridir”
Türkiyənin nüfuzlu “TRTHaber” televiziya kanalı TANAP-ın isatifadəyə verilməsi mərasimi ilə bağlı geniş reportaj hazırlayıb. Reportajda Transanadolu təbii
qaz boru kəmərinin geniş bir coğrafiyanın iqtisadi inkişafına təsir imkanlarından bəhs olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlərinə, eləcə
də iki qardaş ölkə liderlərinin birgə iştirak etdikləri mərasimlərə, həmçinin
dövlət başçılarının
siyasi iradəsi ilə gerçəkləşən
TANAP-ın tikintisinə,
bu mövzuya aid digər mühüm məqamlara dair kadrlar əks olunub.
İlham Əliyevin “TANAP Türkiyə
ilə Azərbaycanın
növbəti zəfəridir. TANAP tarixi layihədir”, R.Ərdoğanın “TANAP yeni
layihələrin müjdəçisidir”
açıqlamalarının yer aldığı reportajda nəhəng layihələrin həyata
keçirilməsində Türkiyə-Azərbaycan
liderlərinin birgə
güclü siyasi iradəsi nəticəsində
mümkün olduğu
diqqətə çatdırılıb.
“Star”:
“Enerjinin
mərkəzi”
“Star” qəzetinin
“Enerjinin mərkəzi”
başlıqlı məqaləsində
bildirilib ki, Azərbaycan qazı Türkiyədən keçərək
Avropaya gedəcək.
TANAP layihəsi və onun həyata
keçirilməsi tarixi
hadisədir. Çoxşaxəli Azərbaycan-Türkiyə iqtisadi
əməkdaşlığında enerji layihələri xüsusi yer tutur. İki qardaş ölkənin
birlikdə həyata keçirdiyi qlobal layihələr nəinki regionun, hətta dünyanın enerji xəritəsini yenidən
tərtib etməyə
imkan verib.
“Takvim”:
“Tarixi
gün... TANAP-dan qaz axını başladı”
“Takvim” qəzetinin “Tarixi gün... TANAP-dan
qaz axını başladı” başlıqlı
xəbərində qeyd
olunur ki, artıq TANAP istifadəyə
verildi. Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının
növbəti zəfəridir.
R.Ərdoğanın “Bu nəhəng layihənin
planlaşdırılan tarixdən
əvvəl həyata
keçirilməsində əməyi
olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi
Türkiyə və Azərbaycan arasında qarşılığı etimada
söykənən əlaqələr
sayəsində mümkün
olub” fikirlərinə
yer ayıran qəzet Azərbaycan-Türkiyə
əməkdaşlığını və tərəfdaşlığını
bir daha təsdiqləyən layihə
iki qardaş ölkənin dostluğunun
və işbirliyinin rəmzi kimi səslənir.
“Milliyet”:
“Enerji
körpüsü”
“Milliyet”
qəzeti “Enerji körpüsü” başlıqlı
xəbərində İlham
Əliyevin fikirlərinə
geniş yer verərək vurğulayır
ki, Türkiyə-Azərbaycan
qardaşlığı səmimi
əməkdaşlığa söykənir. Bildirilib ki, TANAP bölgədəki
digər enerji qaynaqlarını Avropa bazarına çıxışını
təmin edəcək
qabaqcıl və lider bir layihədir.
TANAP təbii qazı Türkiyəyə
və Avropaya daha böyük həcmdə nəql etməyə imkan yaradacaq.
“Posta”:
“Enerjidə
böyük açılış”
“Posta” qəzeti
“Enerjidə böyük
açılış” başlıqlı
xəbərində layihə
haqqında oxuculara ətraflı məlumat verib. TANAP-ın istifadəyə verilməsi
mərasimində İlham
Əliyev və R.Ərdoğanın çıxışlarının
yer aldığı məqalədə bildirilib
ki, layihə qlobal əməkdaşlığın
yeni açarıdır.
Burada enerji sektorunda sıx əməkdaşlıq
edən Azərbaycan, Gürcüstan və Türkiyənin geoiqtisadi maraqları da əsas götürülüb.
“AHaber”:
“İlham
Əliyevdən tarixi sözlər”
Qardaş ölkənin
ən reytinqli xəbər kanallarından
biri olan “AHaber” “İlham Əliyevdən tarixi sözlər” başlıqlı
xəbərində Azərbaycan
Prezidentinin “R.Ərdoğanın
yorulmaz fəaliyyəti
nəticəsində Türkiyə
dünya miqyasında böyük gücə çevrildi. Türkiyənin gücü bizim
gücümüzdür və
bizim gücümüz
birliyimizdədir” fikirlərinə
geniş yer ayırıb.
Qeyd edilib ki, TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən
keçərək Yunanıstan
sərhədinə qədər
uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın
24-də, Transanadolu təbii
qaz boru kəməri sisteminə dair saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin
müvafiq qanunverici orqanları tərəfindən
təsdiqlənib.
Bundan başqa,
“Anadolu” Xəbər Agentliyi, “NTV”, “CNN Türk”
kanalları, “Yeni söz”, “Güneş”, “Yeni akit”, “Milat”,
“Daily Sabah” və “Daily News” qəzetləri “Əsrin layihəsi TANAP açıldı”,
“Enerjinin İpək yolu” və s. başlıqlı xəbərlərlə
TANAP layihəsinin vacibliyini
diqqətə çatdırıblar.
Bildirilib
ki, Azərbaycan-Türkiyə
münasibətləri zaman
keçdikcə daha da möhkəmlənir, tarixin bütün sınaqlarından daha böyük uğurla çıxır.
Elçin CƏFƏROV
Azərbaycan.-
2018.- 14 iyun.- S.1; 6.