Azərbaycandan Avropaya növbəti töhfə

 

Qoca qitə yeni kəmərlə enerji təhlükəsizliyini təmin edə biləcək

 

Azərbaycanın təşəbbüsü ilə reallaşan “Cənub qaz dəhlizi”nin

4 seqmentindən biribu mürəkkəb infrastrukturun ən uzun hissəsi olan Transanadolu təbii qaz boru kəməri (TANAP) iyunun 12-də istifadəyə verildi.

Təməli 3 il əvvəl, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulan layihə üzrə bütün işlər həm Azərbaycanın, həm də Türkiyənin siyasi iradəsi ilə vaxtında yerinə yetirildi. Bu mərhələdə Azərbaycan Türkiyəyə daha böyük həcmdə qaz ixrac edəcək.

 

Məqsəd daha stratejidir

 

TANAP üzrə qarşıya qoyulan məqsədlər isə daha stratejidir. Çünki kəmər Azərbaycanın “Şahdəniz” yatağından və digər mənbələrdən hasil olunan təbii qazın yaxın illərdə Avropa ölkələrinə nəqlini hədəfləyir. Ən əsası bu kəmər Xəzərdən hasil olunan qazı birbaşa Avropaya çatdıra biləcək yeganə vasitədir. Bu mənada TANAP Avropa İttifaqının xüsusi diqqət yetirdiyi boru xəttidir.

Ümumiyyətlə, enerji sahəsində əməkdaşlıq, xüsusən Azərbaycan qazının Avropaya çatdırılması respublikamızla Aİ arasında əməkdaşlığın əsas prioritetlərindən biridir. Xatırladaq ki, hələ 2006-cı ilin noyabr ayında tərəflər Brüsseldə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsində, 2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə görüşünün müvafiq Enerji Bəyannaməsində Azərbaycanla Aİ arasında enerji münasibətlərinin vacibliyi təsbit olunub. 2011-ci ildə Bakıda imzalanan “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə” isə buna qədər aparılan danışıqların, anlaşmaların bir növ yekunu olmaqla əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu.

TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə Prezident İlham Əliyev öz nitqində bəzi mətləblərə aydınlıq gətirdi. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmiş, ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə”də qeyd olunur ki, Xəzər regionundan Avropa bazarına kimi olan bu marşrutun yaradılması Azərbaycan Respublikası və Avropa İttifaqının qaz daşınması marşrutlarının şaxələndirilməsi və birbaşa enerji və nəqliyyat əlaqələrinin yaradılması üzrə birgə strateji məqsədinə uyğun gəlir.

Lakin müxtəlif ideyalar olsa da, o zaman Xəzər regionundan Avropaya uzanacaq marşrutun konkret necə olacağı, haradan keçəcəyi hələ dəqiqləşdirilməmişdi. Müzakirələrdən sonra bu məsələdə son nöqtəni Azərbaycanla Türkiyə arasında olan işbirliyi qoydu. Azərbaycan qazını Avropaya çatdıracaq qaz kəmərinin Türkiyə ərazisində salınması üçün hər iki tərəfin kifayət qədər arqumentləri var idi. Çünki buna qədər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri çəkilib başa çatdırılmışdı. Digər tərəfdən, Azərbaycan qazının Avropaya çatdırılması üçün coğrafi baxımdan da ən uyğun marşrut Türkiyə ərazisidir. Ən əsası, bu məsələdə əsas söz sahibi Azərbaycandır. Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin çəkilişində olduğu kimi bu dəfə də tranzit ölkə kimi Türkiyəni seçdi.

TANAP-la bağlı ilk sənəd Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabrın 24-də imzalanan anlaşma memorandumudur. Bu sənədin imzalanması ilə müstəqil boru kəmərinin inşası istiqamətində hazırlıq işlərinə başlanılması və iki ölkə tərəfindən təyin edilən ortaq konsorsiumun təsis olunması üçün şərait yarandı.

Əsas sənədlər isə 2012-ci il iyun ayının 26-da Türkiyədə imzalandı. Həmin gün Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri zamanı İstanbulda “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Transanadolu təbii qaz boru kəməri sisteminə dairsaziş, BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma və Türkiyə hökuməti ilə Transanadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi” imzalandı. Daha sonra müvafiq saziş hər iki dövlətin qanunverici orqanları tərəfindən ratifikasiya edildi.

 

Prezident İlham Əliyev yeni enerji layihələrinin müəllifidir

 

2012-ci il iyunun 26-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirmişdi ki, biz

TANAP-ın açılış mərasimini də belə sevinclə qeyd edəcəyik. Budur, cənab Prezidentin söylədiyi fikirlər reallığa çevrildibiz enerji sahəsində növbəti uğuru qeyd edirik. Türkiyənin Əskişəhər şəhərində kəmərin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev TANAP-ı Türkiyə ilə Azərbaycanın növbəti zəfəri və tarixi layihə adlandırıb.Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.

Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

TANAP-ın istifadə verilməsi mərasimində Azərbaycan və Türkiyə ilə yanaşı, UkraynaSerbiya prezidentlərinin, Şimali Kipr xalqının liderinin iştirakı bu kəmərin daşıdığı beynəlxalq əhəmiyyətin göstəricisidir.

24 il əvvəl “Əsrin müqaviləsi” imzalananda əksəriyyət Heydər Əliyevin başlatdığı Azərbaycanın enerji siyasətinin gələcəkdə daha möhtəşəm uğurlara imza atacağını təsəvvür etmirdi. Ancaq bu yolun müəllifi Heydər Əliyev idi. Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin isə qətiyyətlə və inamla davam etdirdiyi bu yolda möhtəşəm zəfərlərdən başqa heçola bilməzdi.

BTC neft və BTƏ qaz kəmərlərinin inşasının uğurla başa çatdırılmasına nail olan Prezident İlham Əliyev həm də ölkəmizin növbəti enerji layihələrinin müəllifinə çevrildi. Reallıq ondan ibarətdir ki, həm “Cənub qaz dəhlizi”nin, həm də onun başa çatan seqmentlərinin həyata vəsiqə almasının təşəbbüskarı Prezident İlham Əliyevdir. Məhz İlham Əliyevin iradəsi, qətiyyəti, bu mürəkkəb layihənin ərsəyə gəlməsini diqqətdə saxlaması, prosesləri koordinasiya etməsi nəticə etibarilə Azərbaycandan Avropaya uzanan yeni qaz kəmərinin reallığa çevrilməsini şərtləndirdi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 14 iyun.- S.1; 8.