“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: 

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 72; 2013, ¹ 7, maddə 789; 2014, ¹ 10, maddə 1160; 2016, ¹ 3, maddə 407, ¹ 4, maddə 641; 2017, ¹ 12, I kitab, maddə 2228) 21.2-ci maddəsində “bilərəkdən yalan” sözləri “haqsız, qeyri-dəqiq və gizli” sözləri ilə, “reklam haqqında qanunvericiliyin” sözləri “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.- 2018.-14 iyun.- S.11.