“İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatı, 1995, ¹ 23-24, maddə 368; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddələr 676, 683, 686;
2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddə 1; 2004,
¹ 1, maddə 6, ¹ 2, maddə 57; 2005, ¹ 8, maddə 684, ¹ 12, maddə
1083; 2007, ¹ 8, maddə 745; 2011, ¹ 11, maddə 984; 2012, ¹ 9, maddə
842; 2014, ¹ 10, maddə 1157; 2017, ¹ 5, maddə 722)
aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddə üzrə:
1.1. 5-ci
və 6-cı hissələr aşağıdakı redaksiyada
verilsin:
“5. İstehsalı
(satışı) lisenziyalaşdırılan,
sertifikatlaşdırılan əmtəələr yalnız
müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə
bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın
nömrəsi, verilmə tarixi və onu verən orqanın
adı göstərilməlidir.
6. Haqsız, qeyri-dəqiq və
gizli reklam nəticəsində reklam istehlakçısına
dəyən zərər məhkəmənin qərarı ilə
təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən
ödənilir.”;
1.2.
7-ci hissədə “haqsız” sözündən sonra “,
qeyri-dəqiq və gizli” sözləri əlavə edilsin.
2.
18.0.5-ci maddədə “yolverilməz” sözü
“haqsız, qeyri-dəqiq və gizli” sözləri ilə,
“reklamçılar” sözü “reklamverici, reklam
yaradıcısı, reklam istehsalçısı, reklam
yayıcısı və reklam agenti” sözləri ilə əvəz
edilsin.
3.
18.0.6-cı maddədə “reklamçı” sözü
“reklam fəaliyyətinin subyekti” sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2018-ci il
Azərbaycan.-
2018.-14 iyun.- S.11.