“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 642) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2-ci, 12.4-cü, 13.1-ci, 13.4-cü, 15.1-ci və 15.4-cü maddələrdə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

2. 14.1-ci maddənin birinci cümləsində və 14.2-ci maddədə “büdcədənkənar xüsusi vəsaitlər üzrə” sözləri “yaratdığı qurumun” sözləri ilə əvəz edilsin.

3. 16.3-cü maddəyə “nəzarəti” sözündən sonramüvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.- 2018.-14 iyun.- S.11.