“Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 374; 2002, ¹ 12, maddə 709; 2007, ¹ 10, maddə 938) 5-ci maddəsinin birinci hissəsinə “orqanı” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.- 2018.-14 iyun.- S.12.