“İnteqral sxem
topologiyalarının hüquqi
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
4 may tarixli 1135-VQD
nömrəli Qanununun tətbiqi və “İnteqral sxem
topologiyalarının hüquqi
qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, “İnteqral sxem topologiyalarının
hüquqi qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may
tarixli 1135-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “İnteqral sxem topologiyalarının
hüquqi qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “İnteqral sxem
topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “İnteqral sxem
topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 659) 2-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “İnteqral sxem
topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun 11.1-ci, 11.5-ci, 11.6-cı və 13.1-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin qanunun 11.4-cü maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin qanunun 11.1-ci, 11.5-ci,
11.6-cı və 13.1-ci maddələrində qurum dedikdə Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə
tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 iyun 2018-ci il
Azərbaycan.- 2018.-14 iyun.- S.12.