İslam
dünyasının həmrəylik bayramı
Prezident İlham ƏLİYEV: “Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu bizim uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda bu, cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir”.
Bu gün mübarək orucluq ayı başa çatır. Sabah müsəlman dünyası Ramazan bayramını qeyd etməyə başlayacaq. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və bir neçə gün davam edən bayram orucluğun qurtarması ilə əlamətdardır. Bu bayram Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.
Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir,
təzə və ya təmiz paltar
geyirlər. Hamı bir-birini
bayram münasibətilə
təbrik edir, bir-biri üçün Tanrıya dua edir.
Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz
olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki,
Allah bəndəsindən tələb
olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Müsəlman fitrə zəkatını
bəxş etdiyi nemətlərə görə
uca Yaradana şükür etmək, bayram günü kasıbları sevindirmək,
oruc vaxtı buraxılmış səhvlərdən
təmizlənmək üçün
verir. Fitrəni yalnız imkanlı
müsəlmanlar çıxarmalıdırlar.
Ailə sahibi ailənin hər bir üzvünün
adından fitrə verməlidir.
Vaxtilə fitrə
buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından
adambaşına təxminən
3 kiloqram həcmində
ödənilirdi. Zaman keçdikcə
kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən
bu xeyirxahlıq başqa formalar da almışdır.
İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki,
fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Özü də fitrə
yalnız halal maldan verilməlidir.
Fitrə bayram namazı başlayanadək çıxarılmalıdır. Əks təqdirdə,
bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Fitrəni bayramdan
bir-iki gün əvvəl də çıxarmaq olar.
Çıxarılan fitrə ilk növbədə
ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə
də digər insanlara verilir. Fitrə bir
kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir.
İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb
savab qazanırlar.
Özü də bir şəxsin fitrəsi bir kasıba da verilə bilər, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının fəzilətləri
təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində
müsəlman ailələrində
şənlik əhvali-ruhiyyəsi
hökm sürür.
Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram
sovqatları aparırlar.
Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər. İncikliklər aradan qaldırılır,
küsülülər barışırlar.
Ramazan bayramı həm də müsəlmanların
həmrəyliyini, birliyini,
onların arasında qarşılıqlı anlaşmanı
möhkəmlədən mühüm
hadisədir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini
bölüşürlər.
Bütün müsəlman dünyasında
olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə
qeyd edilir. İnsanları şənlik, fərəh
duyğuları bürüyür.
Bayram münasibətilə
iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet
dövründə xalqımız
belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din
münasibətləri nizama
salınmış, etiqad
azadlığı təmin
edilmişdir. Ateist sovet
rejiminin inanclı insanlara dözümsüz
münasibətini, cəmiyyətə
aşıladığı mənəviyyatsızlığı müasir tələblərə
cavab verən dövlət siyasəti əvəz etmişdir.
Bu siyasətin əsas istiqamətlərindən
biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir.
Sovet dövründə ölkədə
cəmi 17 məscid fəaliyyət göstərirdi.
Milli müstəqilliyin bərpasından
bəri isə təxminən 2 min məscid
inşa olunmuşdur.
Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət
məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri sırasında yerini almışdır. Ölkədə ən qədim ibadətgah olan Şamaxı Cümə məscidi tamamilə yenidən qurulmuşdur.
2014-cü ilin axırlarında paytaxtda daha bir əzəmətli
ibadətgah və möhtəşəm memarlıq
əsəri - ümummilli
lider Heydər Əliyevin adını daşıyan Heydər məscidi möminlərin
istifadəsinə verilmişdir.
Keçən il Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa
məscidinin bənzəri
olan məscid tikilmişdir. Uzun fasilədən sonra
bu kənddə azan səsi eşidilir. Ən qədim məscidlərimizdən biri
olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid ötən il
əsaslı şəkildə
təmir edilmişdir.
Bu il Bakıda
Hacı Cavad məscidinin yeni binası inşa edilib qapılarını möminlərin üzünə
açmışdır. Eyni zamanda
Bakıda XIX əsrdə
inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir olunmuş İmam Hüseyn məscidi açılışa
hazırdır. Bu istiqamətdə tədbirlər
davam edir, həm dövlət, həm də ictimai təşkilatlar öz töhfəsini verir.
Digər tərəfdən, ölkə
rəhbərliyi dövlət-din
münasibətlərini daim
diqqət mərkəzində
saxlayır. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, “Azərbaycanda din dövlətdən ayrıdır,
ancaq dövlət dindarlara daim dəstək, dayaq olur”. Dövlət başçısının özü müntəzəm
olaraq dini mərasimlərdə iştirak
edir. Prezident İlham Əliyev hər il
orucluq ayında Qafqaz Müsəlmanları
İdarəsinin təşkil
etdiyi iftar mərasiminə qatılıb
möminlərlə bir
araya gəlir. Cari ayın 6-da dövlət başçısı iftar
mərasimində növbəti
dəfə iştirak
etmişdir. Həmişə
ölduğu kimi, mərasimə digər iki səmavi dinin - xristianlıq və iudaizmin təmsilçiləri də
dəvət olunmuşdular.
Budəfəki görüşdə bir sıra digər
məsələlərlə yanaşı, ölkədə
mövcud dini vəziyyətə, dinlərarası
münasibətlərə bir
daha toxunuldu. Görüş iştirakçılarının
çıxışlarında birmənalı şəkildə
vurğulandı ki, Azərbaycan Respublikasında
dini və mədəni müxtəlifliyin
harmoniyasına əsaslanan
cəmiyyət yaradılmışdır
və bu cəmiyyətdə milli mənsubiyyətindən, dini
etiqadından asılı
olmayaraq, hamı qardaş kimi yaşayır.
Bayramınız mübarək
olsun! Allah çıxardığınız
fitrənin əvəzini
versin!
Allahverdi MEHDİYEV
Azərbaycan.- 2018.- 14 iyun.-
S.13.