Azərbaycanın mövcud inkişafı Qurtuluşun məntiqi nəticəsidir

 

Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, əsl müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən başlıca amil məhz lider faktoru olmuşdur.

Bu lider dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin təmin edilməsi və qorunmasının, iqtisadi tərəqqinin və milli inkişafın təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxilixarici siyasət xətti dayanır.

Sevindirici haldır ki, ulu öndərin əsasını qoyduğu daxilixarici siyasət kursunun onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etməsinə baxmayaraq, müstəqilliyi itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmırdı, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın ölkəmizə qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Bu dövrdə bir sıra ərazilərimiz işğal olundu, Xocalı soyqırımı törədildi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxtəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı. Yəni həmin dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə qarşı-qarşıya idi. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı. Ayrı-ayrı siyasi partiyalar isə ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə öz məhdud maraqları uğrunda mübarizə aparırdılar. Silahlı dəstələrə malik olan belə partiyaları məhz hakimiyyət uğrunda mübarizə maraqlandırırdı.

Həmin dövrdə Azərbaycanı xaosanarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən xilas edəcək, ölkəni tərəqqi yoluna çıxaracaq yeganə lider məhz Heydər Əliyev idi. Azərbaycan xalqı məhz zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevə ümid bəsləyirdi. Bu dövrdə - Azərbaycanın olduqca mürəkkəb şəraitdə olduğu zaman Naxçıvan da çətin vəziyyətdə idi. 1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsindən sonra sabitlik təmin edildimuxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Eyni zamanda muxtar respublikada dövlət rəmzləri bərpa edildi, 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Belə bir şəraitdə Azərbaycanın vətənpərvər ziyalıları ulu öndər Heydər Əliyevin ölkəmizi xaosanarxiyadan xilas edəcəyini düşünürdü. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildiulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdibunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Həmin dövrdə AXC-“Müsavatcütlüyü Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaosanarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.

Beləliklə, iyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idibu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Bu günün mənası təkcə ölkənin xaosanarxiyadan xilas edilməsi, xaricidaxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın böyük etimadı və dəstəyi əsasında Prezident seçilməsindən sonra ölkəmizin inkişafının əsası qoyuldu, Azərbaycan sabitlik adasına çevrildi, vətəndaş həmrəyliyi yaradıldı və dünya birliyinə uğurla inteqrasiya etdi. Bir məqamı da xüsusi qeyd etməliyik ki, malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, ən əsası, birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək növbəti sazişlərin imzalanmasına zəmin yaratdı.

Ölkəmizin beynəlxalq əlaqələri genişləndirildi və ən əsası düzgün qurulmayan xarici siyasətin uğursuz nəticələri aradan qaldırıldı. Bilirsiniz ki, müstəqillik əldə etdikdən sonra uğursuz və yanlış xarici siyasət nəticəsində Azərbaycan həm region dövlətləri ilə, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzv dövlətləri ilə normal münasibətlərə malik deyildi, müəyyən gərginliklər var idi. Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu münasibətlər normallaşdı, Azərbaycan geniş beynəlxalq əlaqələrə malik oldu.

Bir sözlə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin layiqli üzvü olan Azərbaycanı yaratmaqla xalqla hər zaman bir olduğunu, vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi. 1993-cü ilin 3 oktyabrında prezident seçkilərində yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən ümummilli lider Heydər Əliyev bu dövr ərzində Azərbaycan xalqının maraqlarını əks etdirən tədbirlər reallaşdırdı, ölkənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içində olan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna “yaşıl işıq” yandırdı.

Bütün bu nailiyyətlər öz ifadəsini müəllifi Heydər Əliyev olan, 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında tapdı. Bu ali hüquqi sənəd nəinki ölkəmizin insan hüquqları, liberal iqtisadiyyat, dövlət idarəçiliyi prinsipləri sahəsindəki uğurlarını təsbit etdi və möhkəmləndirdi, həmçinin gələcək inkişaf istiqamətləri üçün mükəmməl normativ baza oldu. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsiplərinin əsasında konseptualdünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə olunması, insan hüquq və azadlıqlarının qorunması kimi strateji əhəmiyyətli vəzifələr dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir.

Nəticə etibarilə, 1993-2003-cü illər sabitlikinkişaf dövrü kimi yadda qaldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxilixarici siyasət kursu Azərbaycanın yeni zirvələr fəth etməsini, müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində uğurla təmsil olunmasını, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən güclü və qüdrətli ölkəyə çevrilməsini təmin etdi.

Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf siyasəti onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində modernləşmə və islahatlar xətti davam etdirilib, dərin konseptual əsaslara söykənən və bütün sahələri əhatə edən proqramlar uğurla icra olunub. Xüsusilə də, müvafiq dövlət proqramlarının uğurla icra edilməsi sayəsində ölkənin bütün regionlarının siması dəyişib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Təsadüfi deyil ki, 15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib, Dünya İqtisadi ForumununQlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan qabaqcıl ölkələrdən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.

Digər tərəfdən, ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məntiqi nəticəsi kimi, Azərbaycan dünyada islahatçı dövlət və sabitlik adası kimi tanınır. Ölkəmizdə etibarlı təhlükəsizlik mühiti formalaşdırılıb. Buna paralel olaraq demokratik islahatlar davam etdirilib, insan hüquqları və azadlıqlarının təmin olunması diqqət mərkəzində olub. Bunun nəticəsi kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nəticələr əldə olunub. İslahatlar həmçinin idarəetmə sahəsini də əhatə edib. Konstitusioninstitusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsi yaradıb. Respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb, vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib.

Bir sözlə, Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsi kimi, ölkəmizdə möhkəm əsaslara söykənən xalq-iqtidar birliyi mövcuddurxalq öz Prezidentinə mütləq inametimad bəsləyir.

Səmərəli xarici siyasət həyata keçirən, dünyada etibarlı tərəfdaş kimi tanınan, regional əməkdaşlıq və təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifi olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Ölkəmiz həm regional, həm də beynəlxalq miqyasda dövlətlərlə qarşılıqlı faydalı münasibətlər, bərabərhüquqlu əlaqələr yaradıb. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Hazırda ölkəmiz ikitərəfli və çoxtərəfli münasibətləri öz maraqları əsasında uğurla davaminkişaf etdirir. Bunun da əsasında ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır.

Bu gün Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla evsahibliyi edir və dünyanın multikulturalizm mərkəzlərindən biri sayılır. Bütün bunlar uğurlu və hərtərəfli inkişaf siyasətinin səmərəli nəticələridir.

Bundan başqa, ötən müddət ərzində Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirib, hücum diplomatiyası uğurla davam etdirilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər müxtəlif beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılıb, İƏT-ə üzv olan ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıyıb, Avropa Şurası, ATƏT və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edib, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilib, bir çox ölkələr Xocalı soyqırımını tanıyıb. Yəni Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində mövqeyi möhkəmlənib, hərbi, siyasidiplomatik üstünlüyü təmin olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək.

Nəticə etibarilə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, bu kursu tamamlayır. Azərbaycan heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Bunun nəticəsidir ki, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaranır.

 

Siyavuş NOVRUZOV,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini,

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

 

Azərbaycan.- 2018.- 15 iyun.- S.1; 4.