Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb

 

Parisə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin diplomatik müşaviri Filip Etiyen ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət humanitar sahələrdəki əlaqələr, eləcə Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn norma prinsipləri əsasında, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Fransadan səylərini artırması gözlənilir.

 

Azərbaycan.- 2018.-15 iyun.- S.2.