ABŞ-ın Oklahoma
ştatının Milli Qvardiyasının
nümayəndə heyəti Azərbaycanda səfərdədir
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub və Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzini ziyarət edib.
Azərbaycan
Respublikası Müdafiə Nazirliyi və
ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq
2002-ci ildən etibarən həyata keçirilir.
Ştatla Tərəfdaşlıq
Proqramı çərçivəsində ABŞ və NATO
ilə əməliyyat uyarlılığı səviyyəsinin
artırılması, peşəkar çavuş
heyətinin, hərbi mühəndislərin və hərbi
tibb mütəxəssislərinin
hazırlığı sahələrində əməkdaşlıq
və təcrübə mübadiləsi aparılır.
Azərbaycan.-
2018.- 15 iyun.- S.2.