Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məmulatlarının
"EUROSATORY-2018” sərgisində nümayişi
davam etdirilir
Müdafiə Sənayesi Nazirliyinin
müəssisələrində yaradılan və istehsal olunan
hərbi təyinatlı məmulatlar Parisdə keçirilən
"EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik
sərgisində nümayiş etdirilir. Bununla bağlı nazir
Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli
nümayədə heyəti Fransada səfərdədir.
İyunun 11-dən öz işinə
başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin
müəssisələrində yaradılan və istehsal olunan
270 adda hərbi təyinatlı məmulat nümayş
etdirilir.
Dünyanın inkişaf etmiş
ölkələrinin qabaqcıl şirkətlərinin
qatıldığı "EUROSATORY” sərgisində ilk dəfə
təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin
nümayiş etdirdiyi məmulatlar, xüsusilə, ilk dəfə
beynəlxalq sərgiyə çıxarılan - 14,5
millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7
millimetrlik silahla təchiz olunmuş məsafədən idarə
olunan döyüş modulu, 81 millimetrlik atəş
yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat
vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”,
“Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri
böyük maraqla qarşılanır.
Sərgi çərçivəsində
nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə
heyəti tədbirə qatılan ölkələrdən -
Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin
“Aeronautics”, Fransanın “Roxel”, Almaniyanın ”Diehl” və
Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini
ziyarət etdi, nümayiş etdirilən yeni növ məmulatlarla
yaxından tanış oldu. Sərgiyə qatılan
qabaqcıl şirkətlərin
nümayəndələri ilə görüşlər
təşkil olundu, yeni növ müdafiə təyinatlı məmulatların
yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların
inkişaf etdirilməsi və yeni əməkdaşlıqların
qurulması istiqamətində danışıqlar
aparıldı. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin
müəssisələrində yaradılan və istehsal olunan
hərbi təyinatlı məmulatların ixracına dair
danışıqlar aparıldı.
Görüşlərdə nazir
Yavər Camalov Bakının Beynəlxalq Sərgilər
Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək
“Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi
üçün irəli sürülmüş namizədliyinin
dəstəklənməsi ilə bağlı müzakirələri
davam etdirir.
Səgi çərçivəsində
cari il sentyabrın 25-dən 27-dək Azərbaycanda
keçiriləcək “ADEX-2018“ üçüncü Beynəlxalq
müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə
heyəti tərəfindən geniş məlumat verilir və dəvətlər
çatdırılır.
"EUROSATORY-2018” Beynəlxalq
müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-də
başa çatacaq.
Azərbaycan.-
2018.-15 iyun.- S.10.