Dünya çempionatının “Qızıl
fit” hakimi
Futbol üzrə
dünya çempionatları
tarixində uğur qazananlar sırasında azərbaycanlı hakim də
var. Bu Nikolay Latışevdən
sonra dünya futbol çempionatında hakimlik edən ikinci sovet hakimi
Tofiq Bəhramovdur
(1925-1993). Onun ən böyük uğuru
1966-cı il dünya çempionatında
İngiltərə və
Almaniya komandaları arasındakı final oyununda
olub.
Bu final mundialın
bütün tarixi ərzində ən maraqlı və dramatik oyunlardan biri olub. T.Bəhramov matçın
yan xətt hakimi idi. Əsas vaxt heç-heçə
(2:2) başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə
əlavə olunub. 110-cu dəqiqədə
ingilislərin hücumçusu
Herst topu almanların qapısına
göndərir. Top dirəyə
dəyib yerə düşür. Oyunun baş hakimi,
isveçrəli Dinst
topun uçuş trayektoriyasını görmədiyindən
özünü itirir.
Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək
adamı tapır.
Dinst özünün yan xətt köməkçisinə
işarə edərək
son sözü onun deyil, köməkçisi
- sovet hakimi Bəhramovun deyəcəyini
göstərir. O isə
bayrağı yellədərək
mərkəzi göstərməklə
ingilislərdə sevinc,
almanlarda isə qəzəb doğurur.
Almanlar onu əhatəyə alaraq bu qərara
etiraz edirlər, lakin Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin
əlavə vaxtın
bitdiyini bildirən fitinə az
qalmış Herst bu oyun ərzində
özünün üçüncü
qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə
başa çatır.
Oyundan sonra İngiltərə Kraliçası
T.Bəhramova “Qızıl
fit”i (o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) və “Qızıl ilahə”nin kiçik
modelini təqdim edir. Bu gün
yeni “Uembli” stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən tökülmüş
heykəli yerləşdirilib.
Tofiq Bəhramov eyni zamanda Avropa
kuboklarının finallarında
hakimlik edən ilk sovet arbitri olub.
Bundan başqa, 1972-ci ildə o, Argentinanın “İndependyente”
və Hollandiyanın
“Ayaks” komandaları arasında qitələrarası
kubok uğrunda oyunu da idarə
edib.
Azərbaycan.-
2018.-15 iyun.- S.12.