İkinci
Şapalaq
İlham Əliyevin əks-həmlə taktikası daha
11 min hektar torpağı geriyə qaytardı
2016-cı ilin aprel ayında təmas xəttindəki təxribat əməllərinə əks- hücumla cavab verən Azərbaycan Ordusu sarsıdıcı zərbəsi ilə düşmənin burnunu ovdu:
* Yarım saat ərzində erməni hərbçilərinin lovğalıqla “alınmaz səngər”, “keçilməz sədd” adlandırdıqları və uzun illər boyu möhkəmləndirdikləri müdafiə qurğuları dəf edildi;
* Qəhrəman əsğər və zabitlərimiz düşmənə səngərdən çıxıb qaçmağa belə imkan vermədilər;
* Düşmənlərimiz indiyə qədər sorağını eşitdikləri yeni növ silahların gücünü və dağıdıcılıq qabiliyyətini də öz üzərlərində yoxladılar.
* Qısa müddətdə hətta Dağlıq Qarabağdakı mülki əhali belə şələ-küləsini götürüb aradan çıxmağa başladı və onların qarşısını kəsən “müdafiə postları” da vahimələnmış insanları saxlaya bilmədi.
Bir həmləyə Lələtəpə yüksəkliyini və onunla birlikdə 2 min hektar ərazini itirənlər baş verənlərin hələ başlanğıc olduğunu deyəsən anlayırdılar.
Az vaxtda Cocuq Mərcanlını yenidən tikib-quran, əhalini geriyə qaytararaq vətəndaşlarına təhlükəsiz, rahat əmək və yaşayış şəraiti yaradan Azərbaycan dövlətinin gücü, imkanları və real mesajı artıq hamıya çatmışdı.
Prezident İlham Əliyevin
hər bir addımı atmazdan öncə onun nəticələrini
və həmin nəticələrdən yaranacaq istənilən
situasiyanı aradan qaldırmağın üsul və vasitələrini
irəlicədən hesablaması da artıq hamıya bəllidir!
***
Budur, Ali Baş Komandanımız əlverişli məqam taparaq bu dəfə Ermənistanın yeni rəhbərliyinin hoqqalarına və oyunbazlığına cavab kimi düşmənə ikinci şapalağını vurdu!
Buna “tərs sillə” də demək
olar!
Özü də bu
şapalağın səsi Qarabağdan yox, Naxçıvandan
gəldi!
Bu dəfə azad olunan vətən
torpağının adı isə Günnüt kəndidir!
Birincidən - aprel əməliyyatından
da qüdrətli olan bu şapalaq erməniləri elə bir
şoka salıb ki... Çünki:
* Bu dəfə nə bir güllə
atıldı, nə bir yeni silah işlədildi! Hər şey
səssiz-səmirsiz və qəflətən baş verdi!
* Nə az, nə
çox - 11 min hektar torpaq sahəsi yenidən qəhrəman
Azərbaycan Ordusunun nəzarətinə keçdi.
* 26 ildən sonra çox
mühüm strateji nöqtələr - Xunut dağı və
Ağbulaq yüksəkliyi, Qızılqaya və Mehridağ
geri qaytarıldı!
* Üstəlik, Ermənistandan
Dağlıq Qarabağa aparan Gorus-Laçın-Xankəndi
yolu da hərbçilərimiz tərəfindən nəzarətə
götürüldü!
Bu isə o deməkdir ki, əgər
Ermənistan Azərbaycanda hərbi əməliyyatlara yenidən
başlasa, düşmən ordusu Naxçıvanla Azərbaycan
arasında mühasirə vəziyyətinə düşəcəkdir!
Deyəsən, hələ bunu bir qədər
gec anlayacaqlar!
ƏDALƏTSİZ,
HÜQUQUN GÜCSÜZ, GÜCÜN İKİLİ STANDARTLAR
TƏTBİQ ETDİYİ ZAMANIN UĞUR TAKTİKASI
Azərbaycanın həll edə bilmədiyi
yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir!
Münaqişə ona görə
çözülməyib ki, bu işlə birbaşa Azərbaycanın
özü yox, beynəlxalq təşkilatlar və həmsədr
dövlətlər məşğuldur. Belə ki, özü
dörd qətnamə qəbul edəndən sonra BMT bu işi
ATƏT-in Minsk qrupuna həvalə edib!
ATƏT isə yaranandan bu günədək
tapşırılan missiyanın öhdəsindən gələ
bilməyib!
Yalnız səmərəsiz səfərlər
edib və nəticəsiz danışıqlar aparıb...
Son sözü isə budur ki,
“münaqişə tərəfləri hansı mövqeyə
gəlsə”, biz onunla razılaşacağıq!
Əgər tərəflər
özləri razılaşa bilərdilərsə, onda ATƏT-i
niyə yaradıb ona bu zəhməti verirdilər?!
Bəs BMT Təhlükəsizlik
Şurasının dörd məlum qətnaməsindəki
“Ermənistan qoşunları Azərbaycan ərazilərini
qeyd-şərtsiz və dərhal tərk etməlidirlər” tələbini
kim yerinə yetirməlidir?!
Bəs Ermənistana
işğalçı olduğunu kim deməli
və işğal etdiyi ərazilərdən
könüllü çıxmadığına görə
kim ona sanksiyalar tətbiq etməlidir?!
Ataların bir sözü var: Deyir,
çətini boynuna götürməkdir, sonra daşımaq
asandır!
Deyəsən, ATƏT boynuna
götürüb:
Ermənistanın prezidenti
Dağlıq Qarabağa gəlir, dalınca baş naziri, sonra
müdafiə naziri...
ATƏT lal kimi baxır...
İşğal faktını bundan
gözəl nə təsdiq edə bilər ki?..
Nə vaxt qeyrətə gələcəklər!
Hələ ki, ədalətsizliyin
baş alıb getdiyi, beynəlxalq hüququn gücsüz,
gücün isə ikili standartlar tətbiq etdiyi bir dövrdə
bu suallara cavab vermək istəyən yoxdur!
Azərbaycan Prezidenti cənab
İlham Əliyev isə öz mövqeyində möhkəm və
qətidir:
* Azərbaycan ərazi
bütövlüyünü mütləq bərpa edəcəkdir!
* Azərbaycan öz ərazisində
ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!
* Azərbaycan münaqişənin
sülh yolu ilə həllinə çalışır!
* Azərbaycanın səbri
hüdudsuz deyildir və lazım gələndə digər
vasitələrdən də istifadə edəcəkdir!
Azərbaycanın dövlət
başçısı bu qətiyyətli mövqeyini ortaya
qoyarkən özünə güvənir, xalq - iqtidar birliyinə
arxalanır, ölkənin iqtisadi gücünü, siyasi
nüfuzunu, ordusunun qüdrətini nəzərə alır!
Məhz müstəqil dövlətin
müstəqil, düşünülmüş və
uzaqgörən siyasətidir onu yenilməz edən!
Budur, Ali Baş
Komandanımızın uğur taktikası!
COCUQ MƏRCANLIDAN
GÜNNÜTƏ BOYLANARKƏN XANKƏNDİ DƏ
GÖRÜNÜR
Cənab İlham Əliyev
sözünün sahibi olan dövlət rəhbəridir və
bunu əməli fəaliyyətində dəfələrlə
sübut edib!
2016-cı ilin üç
günlük aprel müharibəsi deyilənləri əyani
şəkildə göstərdi. Qısa müddətdə hərbi əməliyyatların
nəticəsini təkcə Ermənistan deyil, bütün
dünya da bildi və gördü!
Və bu gün də Prezidentimizin
verdiyi proqnozlar addımbaaddım özünü
doğrultmaqdadır!
Cənab İlham Əliyevin
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
uğurlu həlli istiqamətində
düşünülmüş, uzaqgörən və
reallığa hesablanmış taktikası son iki ildə
ikinci dəfədir ki, öz bəhrəsini verir!
Bu taktikanın parametrləri
hamıya bəllidir:
* Azərbaycan sülh
danışıqları yolu ilə münaqişənin həllinə
çalışır;
* Ermənistan işğal olunmuş əraziləri
boşaldana qədər blokada vəziyyətində
qalacaqdır;
* Azərbaycan dayanmadan iqtisadi qüdrətini
yüksəldir, qonşularına, Avropaya və dünyaya fayda
gətirən, tərəfdarlarının sayını
artıran transmilli layihələri reallaşdırmaqda davam
edir!
Qloballaşan dünyaya dəyərli
töhfələr verən Azərbaycanın artıq
müasir imici də formalaşmışdır:
* Terrorizmə qarşı mübarizəyə
daim dəstək verir;
* Dünyaya tolerantlıq nümunəsi
göstərir;
* Bəşəriyyəti narahat və
təhdid edən problemlərin müzakirə olunduğu,
konkret tövsiyə və təkliflər verildiyi məkan
funksiyasını oynayır;
* Ən müxtəlif idman
yarışlarının mahir təşkilatçısı
kimi tanınır;
* Özünün okeana birbaşa
çıxışı olmasa da , beynəlxalq
yükdaşımalar və logistika mərkəzinə
çevrilir;
* Müstəqil, milli və dövləti
maraqlara əsaslanan siyasət yeridir.
Bütün bunlarla bahəm
qüdrətli, ən müasir texnologiyalara əsaslanan
silahlarla silahlanmış güclü ordu yaradıb. Bu ordu aprel müharibəsində
öz qüdrətini göstərdi, düşmənə elə
bir zərbə vurdu ki, hələ də özünə gələ
bilməyib:
Azərbaycan Ordusu Ali Baş
Komandanın rəhbərliyi ilə Lələtəpə
yüksəkliyini azad etdi!
Cocuq Mərcanlı kəndi qısa
müddətdə yenidən tikilib-qurularaq məskunlaşdırıldı!
Böyük Qayıdışa
başlandı və bu istiqamətdə ilk addım
atıldı!
İkinci addım isə
Günnüt hesab olunur!
Bu həm də son dövrlərdə
hərbi, siyasi və diplomatik sahədə düşmənə
vurulan ikinci şapalaqdır!
Azərbaycanın mövqeyini daha da
möhkəmləndirən, Ermənistanı aciz və
ümidsiz duruma salan şapalaqdır!
Aprel şapalağı düşməni
möhkəm silkələdi!
Təkcə hərbi sistemini
yox, siyasi mühitini, vətəndaş cəmiyyətini də
sarsıtdı.
Ordu generallarının istefaya
göndərilməsi, barələrində cinayət işi
açılması ilə məsələ bitmədi!
Bu şapalaq isə erməni
xalqını da ayıltdı!
Ermənistanın kriminal rəhbərliyinin
əlində alətə çevrilərək dilənçi
vəziyyətinə düşən insanlar küçələrə
axışaraq haqlarını tələb etməyə, insan
kimi yaşamaq hüquqlarının olduğunu kütləvi
aksiyalar formasında bəyan etməyə başladılar!
Dövlət başçısı
ilə xalq arasındakı hörmət və itaət pərdəsi
ayaqlar altına atıldı!
Sərkisyanın korrupsioner, şəxsi
maraqlarına xidmət edən və yalnız özünü
düşünən cinayətkar olduğu meydanlarda ucadan səsləndirilməyə
başlandı!
“Qarabağ klanı” və
Ermənistan erməniləri arasındakı ziddiyyət,
qarşıdurma və hətta düşmənçilik hərəkətləri
bütün səviyyə və sferalarda daha da kəskinləşərək
açıq müzakirə mövzusuna çevrildi.
Erməni xalqı dərindən
anladı ki, təkcə rəhbər dəyişikliyi onun vəziyyətini
heç zaman yaxşılaşdırmayacaq, ölkəni
uçurumun dibindən çıxarmayacaq! Qurtuluş
üçün dövlət siyasətini dəyişmək,
Ermənistan silahlı qüvvələrini Azərbaycan
torpaqlarından çıxarmaq, qonşularla yola gedərək
blokadanı aradan qaldırmaq vacibdir!
Ən mühüm iki məqam!
Tərs şapalaqdan
ağılları başlarına qayıdan ermənilər
ilk dəfə olaraq:
* Düşdükləri müsibətdə
əsas günahkarlardan birinin də erməni kilsəsinin
olduğunu anlayaraq Ermənistan katalikosu II Qareginə
qarşı da etiraz aksiyalarına başladılar!
* Hətta Qarabağ ermənilərinin
bəziləri nicatlarının Azərbaycanla
bağlılığını başa düşərək
kömək üçün İlham Əliyevə müraciət
edib, yenidən Azərbaycanın tərkibinə qatılmaq
arzularını səsləndirdilər!
Bu gün Cocuq Mərcanlıdan
Günnütə tərəf boylananda artıq
ağıllanan və qaynayan Xankəndi də
görünür!
BƏRK AYAQDA
AĞALARINI SATANLARIN PAŞİNYAN HOQQABAZLIĞI
Xankəndidə yaşayan sadə ermənilərin
ixtiyarları özlərində deyil - bunu hamı bilir!
Heç Ermənistana rəhbərlik
edənlər də özbaşına deyillər! - Bu da məlumdur!
Ən yaxşı halda buyruq
quludurlar. -
Forpost və satellat dövlətdirlər!
Odur ki, Sərkisyanın
gedib, yerinə Paşinyanın gəlməsi mahiyyətcə
heç nəyi dəyişmir.
Artıq dəyişən
Paşinyanın özüdür!
Meydanda əsgər analarına, erməni
gənclərinə, bütövlükdə erməni
xalqına verdiyi vədləri “unudaraq”, əslində isə
yerinə yetirilməsinin mümkünsüzlüyünü
görərək əvvəlki rəhbərlərin dediyini
deyir!
Sülh danışıqlarından
yayınmağa çalışır: ziddiyyətli,
ağlasığmaz və gülünc bəyanatlar verir!
Paşinyanın baş nazir olduğu
qısa müddətdə:
* Erməni anaları başa
düşdülər ki, övladları yenə də
Qarabağda xidmətə göndərilərək orada
döyüləcək, öldürüləcək, tabutda
geri qaytarılacaqlar!
* Erməni gəncləri anladılar
ki, yenə də universitet auditoriyalarını əsgər
kazarmaları ilə əvəz edəcəklər!
* Erməni xalqı əmin oldu ki, yenə
dilənçi vəziyyətində, qorxu içində
yaşayacaq, yalnız köçüb birdəfəlik xaricə
getməklə canlarını cani rəhbərlərdən
qurtara biləcəklər!
Rusiya ilə Qərb arasında
vurnuxan, Dağlıq Qarabağı danışıqlar
masasına gətirməyə çalışan Paşinyan
Günnüt şapalağından sonra çətin ki,
özünə gələ!
Çünki sələfi Serj Sərkisyan
da Cocuq Mərcanlı şapalağından sonra qulağı
cırıldaya-cırıldaya getdi!
Yarıköhnə, yarıtəzə
Ermənistan rəhbərliyi yarıqərb, yarırus siyasəti
yürütmək istəyir...
Amma əslində, ondan da olub, bundan
da!
Üstəlik, ordunun yeni rəhbərliyi,
Paşinyanın komandası da yeni ərazi itirdi!
Özü də bir dəfəyə
11 min hektar!
Day bunların Sərkisyan
generallarından fərqi nə oldu?!
O, generallar aprel şapalağı ilə
getdilər!
Bunlar isə Günnüt
itkisinə dözməlidirlər?!
Amma hələ bu da son deyil!
Azərbaycan üçün
başlanan Böyük Qayıdışın
davamıdır!
Başlanğıcını Cocuq Mərcanlıdan
götürən qayıdışın!
Hadisələr göstərir ki,
prosesi dayandırmaq mümkün olmayacaqdır! Çünki
baş verənlərə Ermənistan yox, Azərbaycan tərəfi
nəzarət edir!
Azərbaycanın isə dönməz
və dəyişməz taktikası, qətiyyətli və
uzaqgörən Prezidenti, artıq torpaqların hissə-hissə
qaytarılmasını dayanmaz prosesə çevirən
İlham Əliyev kimi Ali Baş Komandanı var!
Atalar üçdən deyib!
Birinci şapalaq 2016-nın aprelində
gəldi!
İkinci şapalaq bu ilin mayında dəysə
də, səsi iyunda çıxdı!
Deyəsən təpiyin vaxtı
çatıb!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2018.-21 iyun.- S.1; 5.