Azərbaycanla Çin
arasında əməkdaşlığın genişlənməsi
üçün etibarlı hüquqi baza
yaradılmışdır
Çin Xalq Respublikasında səfərdə
olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun
rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də
Ümumçin Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsinin sədri Li
Canşu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki,
Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin
olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər
iki xalqı sıx tellərlə bir-birinə
bağladığını deyib. O, ölkələrimiz arasında
əlaqələrin hazırda yüksək səviyyədə
olduğunu bildirərək, bu münasibətlərin
xalqlarımızın maraqlarına söykənərək
qarşılıqlı faydalı şəkildə genişləndiyini
diqqətə çatdırıb.
İki ölkə arasında
münasibətlərin inkişafında yüksək səviyyəli
səfərlərin əhəmiyyətini vurğulayan
Ümumçin Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycan
Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri
zamanı dövlət başçılarının ikitərəfli
əlaqələrin müxtəlif sahələrdə
inkişafı ilə bağlı mühüm qərarlar qəbul
etdiklərini məmnunluqla xatırladıb.
Li Canşu bu yaxınlarda ölkəmizdə
keçirilmiş prezident seçkilərində İlham Əliyevin
inamlı qələbə qazanmasını yada salaraq, bu qələbənin
Azərbaycan xalqının ona olan böyük
etimadının göstəricisi olduğunu deyib. Əmin
olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha da inkişaf edəcək.
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə təbriklərini
çatdıran Li Canşu ölkəsinin Azərbaycanın
inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini
bildirib.
Çin rəsmisi Milli Məclisin
sədri Oqtay Əsədovun Çinə səfərinin ikitərəfli
əlaqələrimizin, o cümlədən parlamentlərarası
münasibətlərin inkişafına töhfə verəcəyinə
əminliyini bildirib.
Li Canşu ölkəsinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə tərəfdar olduğunu diqqətə
çatdırıb.
Çinə rəsmi səfərə
dəvətə görə təşəkkürünü
bildirən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın
Çin ilə münasibətlərin hərtərəfli
inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
O, Prezident İlham Əliyevin ölkələrimizi xoş ənənələrə
malik dostluq və əməkdaşlıq münasibətlərinin
birləşdirməsi ilə bağlı fikrini yada salaraq,
hazırda əlaqələrimizin müxtəlif sahələrdə
yüksək inkişaf dinamikası ilə seçildiyini diqqətə
çatdırıb.
İkitərəfli əlaqələrin
inkişafında yüksək səviyyəli rəsmi səfərlər
zamanı əldə edilmiş razılaşmaların müstəsna
əhəmiyyət kəsb etdiyini bildirən O.Əsədov
dövlət başçıları İlham Əliyev və
Si Cinpin arasında mövcud olan qarşılıqlı
hörmət və etimada əsaslanan münasibətlərin
ölkələrimiz arasında fəal siyasi dialoqun əsasını
təşkil etdiyini deyib. Bu siyasi dialoq, öz növbəsində,
iki ölkə arasında iqtisadi, hərbi, nəqliyyat, turizm,
humanitar və başqa sahələrdə əlaqələrin
genişlənməsində mühüm rol oynayır.
Milli Məclisin sədri Azərbaycan
Prezidenti İlham Əliyevin Çinə 2015-ci ildə
dövlət səfərindən sonra münasibətlərimizin
keyfiyyətcə daha yüksək səviyyəyə
qalxdığını deyib. Ölkələrimizin
aparıcı siyasi qüvvələri olan Yeni Azərbaycan
Partiyası və Çin Kommunist Partiyası arasında
sıx əməkdaşlıq münasibətlərinin
mövcud olduğunu qeyd edən O.Əsədov bu əlaqələrin,
öz növbəsində, bütün sahələrdə əməkdaşlığın
genişlənməsinə mühüm töhfələr
verdiyini vurğulayıb. “Sevindirici haldır ki,
partiyalararası qarşılıqlı səfərlər
intensiv xarakter alıb”, - deyən Milli Məclisin sədri
Çin Kommunist Partiyasının 19-cu qurultayında qəbul
olunmuş qərarların Azərbaycanda da yaxından izlənildiyini
diqqətə çatdırıb.
Milli Məclisin sədri dövlətlərarası
münasibətlərin inkişafında parlamentlərin
böyük rolundan bəhs edərək, Azərbaycan nümayəndə
heyətinin Çinə hazırkı səfərinin
qanunverici orqanlar arasında əməkdaşlığın
genişlənməsinə də töhfə verəcəyinə
əminliyini bildirib.
Oqtay Əsədov Çinin Azərbaycanın
müstəqilliyinə, suverenliyinə və ərazi
bütövlüyünə hörmətini yüksək qiymətləndirərək,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı BMT Təhlükəsizlik Şurasında qəbul
olunan qətnamələrə Çinin verdiyi dəstəyi
xatırladıb. O, iki ölkə arasında əlaqələrin
inkişafı üçün etibarlı hüquqi bazanın
yaradıldığını qeyd edərək,
qarşılıqlı ticarət dövriyyəsinin daha da
genişləndirilməsi üçün böyük
imkanların olduğunu deyib.
Azərbaycanın Çinin “Bir kəmər,
bir yol” təşəbbüsünü ilk dəstəkləyən
ölkələrdən biri olduğunu xatırladan O.Əsədov
bunun ölkələri və xalqları bir-birinə
yaxınlaşdıran, əməkdaşlığı təşviq
etməklə dövlətlərin iqtisadi inkişafına təkan
verən bir strategiya olduğunu deyib. O, Azərbaycanın sahib
olduğu tranzit-logistika imkanlarının “Bir kəmər, bir
yol” təşəbbüsünün reallaşmasına əməli
töhfələr verdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri ölkələrimizin
mədəni, təhsil, turizm və digər sahələrdə
əməkdaşlığının genişlənməsi
üçün yaxşı imkanların olduğunu deyib.
Azərbaycan nümayəndə heyətinə
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov,
deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev,
Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis
aparatının rəhbəri Səfa Mirzəyev və digər
rəsmi şəxslər daxildir.
Azərbaycan.-
2018.-21 iyun.- S.2.