Konfransda Konstitusiya məhkəmələrinin rolu ilə bağlı fikir
mübadiləsi aparılıb
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayevin başçılıq
etdiyi nümayəndə
heyəti Avropa Konstitusiya Məhkəmələrinin
Konfransı Təşkilatının
sədrlərinin iclasında,
habelə Çexiyanın
və Slovakiyanın birgə Konstitusiya məhkəmələrinin 25 illiyinə
həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün Çex Respublikası Konstitusiya Məhkəməsinin sədri
Pavel Rixetskinin dəvəti ilə Praqada səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Konstitusiya məhkəmələri
sədrlərinin iclasında bu qurumun Nizamnaməsinə təklif
olunan dəyişikliklərin layihəsi, icraata qəbul
edilmiş işlər üzrə Konstitusiya məhkəmələri
arasında məlumat mübadiləsi, beynəlxalq hüquq
normalarının məhkəmə qərarlarındakı
yeri və digər hüquqi yanaşmalar məsələləri
müzakirə edilib.
Keçirilmiş geniş
konfransda müasir konstitusiya nəzarəti institutunda nəzəri
yanaşmaların tətbiqi, konstitusiya ədalət mühakiməsinin
inkişafı, milli qanunvericiliyin təkmilləşdirilməsində
Konstitusiya məhkəmələrinin rolu və digər məsələlərlə
bağlı məruzələr dinlənilib, fikir mübadiləsi
aparılıb.
Konfransda Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında
əks olunmuş hüquqi mövqelər, tətbiq edilmiş
müasir hüquqi yanaşmalar və prinsiplər barədə
məlumat verilib.
Azərbaycan nümayəndə
heyəti səfər çərçivəsində bir
sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin
sədr və hakimləri ilə görüşlər
keçirilib, məhkəmə-hüquq əməkdaşlığı
məsələləri barədə müzakirələr
aparıb.
Tədbirlərdə, həmçinin
Azərbaycan Respublikasının Çex
Respublikasındakı səfiri Fərid Şəfiyev
iştirak edib.
Azərbaycan.- 2018.-21 iyun.- S.2.