Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndə heyəti ilə görüş

 

İyunun 20-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqazda Dövlət Maliyyə İdarəetməsi layihəsinin missiyası ilə görüşü olmuşdur.

Görüşdə Vüqar Gülməmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndə heyəti - Proqram üzrə Qrupun rəhbəri Jens Peterson Tumser ekspert Kristian Doerinq layihə çərçivəsində proqramın məqsədləri - səmərəlilik hesabatlılıq sahələrində dövlət maliyyə sub sistemlərinin Avropa beynəlxalq standartlara uyğunlaşdırılması, fərdi tərəfdaş təşkilatların potensialını gücləndirməklə yanaşı, büdcə sistemindəki təşkilatlar arasındakı qarşılıqlı əlaqə, vergi siyasəti vergi idarəetməsi sahələrində avtomatik məlumat mübadiləsi, vergi audit funksiyası, kütləvi informasiya vasitələri sosial tərəfdaşlarla ünsiyyət məsələlərini müzakirə etmişlər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın əməkdaşlığa hazır olduğunu bildirmiş, Palatanın cari fəaliyyəti barədə məlumat vermişdir.

Görüşdə həmçinin 2020-ci ildən sonra bu layihənin davamı kimi yeni layihə bu çərçivədə Palata ilə əməkdaşlıq imkanları, maliyyə, uyğunluq səmərəlilik auditləri, IT auditinin tətbiqi auditin avtomatlaşması sahəsində müvafiq dəstəyin göstərilməsinə hazırlıq bu istiqamətlərdə təklif şərhlər, gələcək müvafiq danışıqlar müzakirə mövzusu olmuşdur.

 

Azərbaycan.- 2018.-21 iyun.- S.2.