Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına
və təşviqinə
böyük töhfələr
verir. Heydər Əliyev Fondu
Azərbaycan mədəniyyətinin
inkişafı, təbliği,
mədəni abidələrin
qorunmasına dair mühüm layihələrin
müəllifidir. Layihəmizə göstərilən diqqətə
görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.
Bu fikri Parisdə “Radio France” radiostansiyasının
əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq
dirijorlar müsabiqəsinin
yarımfinalına dair
mətbuat konfransında
konkursun təsisçisi
Marina Bouer bildirib.
Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə
təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib
və o, yarımfinala
yüksəlib. Ümid edirik,
bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.
“Radio France”ın əsas binasında Yevgeni Svetlanov IV Beynəlxalq dirijorlar müsabiqəsinin
yarımfinalına həsr
edilmiş mətbuat konfransında bildirilib ki, cari ildə
müsabiqəyə 350 namizəd
öz dosyesini təqdim edib. Onlardan 18 namizəd
yarımfinala çıxıb.
Azərbaycanlı Fuad İbrahimov
da yarımfinalçılar
arasındadır.
Qeyd edək
ki, Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsi Parisdə “Radio France”, “France musique”,
“L’orchestre philharmonique”
və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə
müsabiqənin finalı və Moskvada Yevgeni Svetlanov
festivalı keçiriləcək.
Azərbaycan.- 2018.-21 iyun.- S.8.